Vyetnamda Azərbaycan xalçalarının sərgisi təşkil olunacaq

Yaxın gələcəkdə Vyetnamda Azərbaycan xalçalarının sərgisi keçiriləcək.

“Azərxalça” ASC-nin məlumatına görə, tədbirin təşkili ilə bağlı detallar Bakıda keçirilən 3-cü “Vyetnam Günləri” çərçivəsində ASC-nin İdarə heyətinin sədri Emin Məmmədovun Hanoy Ticarət və Turizm Kollecinin rektoru Trinh Thi Thu Hanın başçılıq etdiyi Vyetnam nümayəndə heyəti ilə görüşündə müzakirə olunub.

Qeyd edək ki, Bakıda baş tutan 3-cü “Vyetnam Günləri”nin əsas məqsədi iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsidir. Tədbirdə Azərbaycan xalçaları da nümayiş olunub.

Qonaqlara Azərbaycan haqqında geniş məlumat verilib.

Əlaqədar məqalələr
İncəsənət / Dəb

"King's Style"- kralların seçimi

“King’s Style”- kralların seçimi Kişi geyimlərinin ən əsas…
►►►
İncəsənət / Dəb

Bengü Bakıya gəlir!

Bengü Bakıya gəlir! Türkiyənin məşhur müğənnisi Bengü 13 ildən sonra Bakıya…
►►►
İncəsənət / Dəb

Türkiyənin sevilən rok qrupu “maNga” Bakıda konsert proqramı ilə çıxış edəcək

Türkiyənin sevilən rok qrupu “maNga” Bakıda konsert proqramı ilə çıxış…
►►►