Bu həftə Azərbaycan qazı Suriyaya nəql olunacaq

Bu həftə Azərbaycandan nəql olunan qazı Suriyaya tədarük edəcəyik.

Türkiyə mətbuatı xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar açıqlayıb.

“Azərbaycanla SVOP razılaşması imzalamışıq. Bununla da Azərbaycandan ixrac olunan qazı Kilis üzərindən Suriyaya, Dəməşqə ixrac edəcəyik. Avqustun 2-də Azərbaycan, Suriya və Qətərdən olan həmkarlarım ilə bu mərasimi Kilisdə rellaşdıracağıq”, – deyə türkiyəli nazir qeyd edib.

Alparslan Bayraktar onu da əlavə edib ki, nəql olunacaq qaz Suriyanın elektrik enerjisinin istehsalında istifadə olunacaq: “Suriyaya ixrac olunacaq 6 milyon kubmetr qaz ilə gündəlik 1200 meqavat həcmində elektrik enerjisi istehsalını həyata keçirmək mümkün olacaq. Beləliklə, Suriyadakı mövcud enerji təsisatlarını yanacaqla təmin etmiş olacağıq. Bununla da Suriyada hazırda gün ərzində mövcud olan 3-4 saatlıq elektrik enerjisi verilişi 10 saata qədər artırılacaq. Bu, insanların həyatına müsbət təsir göstərəcək”.

Əlaqədar məqalələr
Energetika

TAP boru kəməri ilə indiyədək Avropaya 54 milyard kubmetrdən çox qaz nəql edilib

TAP boru kəməri ilə indiyədək Avropaya 54 milyard kubmetrdən çox qaz nəql…
►►►
Energetika

Birjalarda neft qiymətləri

Birjalarda neft qiymətləri Dünya birjalarında neft ucuzlaşıb. Londonun ICE…
►►►
Energetika

Maye qazın istehsal həcmi artıb

Maye qazın istehsal həcmi artıb Bu ilin yanvar-oktyabr aylarında ölkədə 190 min ton maye…
►►►