Azərbaycan hotelərindəki yerlərin 79 faizə yaxını boş qalıb

2025-ci ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan (yerlərdən) istifadə səviyyəsi ölkə üzrə 21,4 faiz olmuşdur (2024-cü ildə 24 faiz). Başqa sözlə, yerlərin 78,6 faizindən istifadə olunmayıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 9,2 faiz artaraq 290 milyon manat olmuşdur ki, onun da 60,4 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,5 faizi ictimai iaşə xidmətlərindən, 3,2 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,9 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.

2025-ci ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi (doluluq) ölkə üzrə 21,4 faiz olmuşdur (2024-cü ilin yanvar-iyun aylarında 21,1 faiz). Bu göstərici Şabranda 51,5 faiz, Naftalanda 40,2 faiz, Bakıda 34,1 faiz, Qusarda 31,6 faiz, Sabirabadda 27,4 faiz, Qəbələdə 22,1 faiz, Bərdədə 19,5 faiz, Lənkəranda 17,9 faiz, Şamaxıda 17,4 faiz, Qubada 17,1 faiz, Biləsuvarda 16,3 faiz, Beyləqanda 16,0 faiz, Ağstafada 15,8 faiz, digər şəhər və rayonlarda isə 15,8 faizdən aşağı olmuşdur.

Əlaqədar məqalələr
Turizm

Astaranın Sım kəndinə mediatur təşkil edilib

Astaranın Sım kəndinə mediatur təşkil edilib Oktyabrın 3-də Dövlət Turizm Agentliyinin…
►►►
Turizm

Azərbaycanın İtaliya ilə turizm əlaqələri inkişaf etdirilir

Azərbaycanın İtaliya ilə turizm əlaqələri inkişaf etdirilir 1-2 oktyabr tarixlərində…
►►►
Turizm

“Yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri”....

“Yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri” yarışının rəsmi açılış…
►►►