Azərbaycanı ən sürətli şəbəkə ilə kəşf edin

İnnovasiya və sürət lideri “Bakcell” ölkəmizə səfər edən xarici vətəndaşlar üçün “TravelSIM” xidmətini təqdim edir. Bu xidmət turistlərə ölkədaxili və beynəlxalq zənglər, həmçinin mobil internetdən səmərəli istifadə imkanı yaradır.

“TravelSIM” xidmətindən faydalanmaq üçün turistlər hava limanında yerləşən Bakcell stendindən, həmçinin paytaxt və bölgələrdə yerləşən “Bakcell” satış nöqtələrindən nömrə əldə edə bilərlər.

TravelSIM” turistlər üçün 3 fərqli paket təqdim edir. Belə ki “TravelSIM 35” paketində 50 dəq. ölkədaxili zəng, 50 dəq. beynəlxalq zəng, 30GB internet, “TravelSIM 55” paketində isə 100 dəq. ölkədaxili zəng, 100 dəq. beynəlxalq zəng, 60GB internet təklif olunur. “TravelSIM 75” paketini seçənlər 150 dəq. ölkədaxili zəng, 150 dəq. beynəlxalq zəng, 120GB internetdən faydalana bilərlər.

“Bakcell” ölkəmizə səfər edən turistlərə səyahətləri boyunca sürətli və yüksəkkeyfiyyətli bağlantı təcrübəsindən yararlanmaq imkanı yaradır.

Tariflər barədə ətraflı məlumatı rəsmi sayta keçid edərək əldə etmək mümkündür.

“Bakcell” haqqında

“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Əlaqədar məqalələr
City Life

“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı “Nar” və…
►►►
City Life

Xalq artisti Eyyub Yaqubov musiqili tamaşada rol alacaq

Xalq artisti Eyyub Yaqubov musiqili tamaşada rol alacaq Xalq artisti Eyyub Yaqubov ilk dəfə…
►►►
City Life

Tünzalə Ağayevadan Aygün Kazımovaya sürpriz

Tünzalə Ağayevadan Aygün Kazımovaya sürpriz Ötən gün Xalq artisti Aygün Kazımova 55…
►►►