Aynur Abdullayeva VTB (Azərbaycan) ASC-nin Daxili Audit Xidmətinin direktoru təyin edilib

VTB (Azərbaycan) ASC-nin Müşahidə Şurasının 7 iyul 2025-ci il tarixli qərarına əsasən, Aynur Abdullayeva Telman qızı 8 iyul 2025-ci il tarixindən etibarən Daxili Audit Xidmətinin direktoru vəzifəsinə təyin olunub.

O,  Bank VTB (Azərbaycan)-da 15 illik peşəkar təcrübəyə malikdir, o cümlədən son beş ili Daxili Audit Xidmətində olmaqla bu müddət ərzində müxtəlif vəzifələrdə fəaliyyət göstərib.

Abdullayeva 1978-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini “Mühasibat uçotu və audit” ixtisası üzrə bakalavr və magistr dərəcələri üzrə təhsilini başa vurub.

Peşəkar fəaliyyətinə 2005-ci ildə Bank of Baku-da başlayıb, 2010-cu ilə qədər orada müxtəlif vəzifələrdə çalışıb. 2010-cu ildə VTB (Azərbaycan) komandasına qoşulub və fəaliyyətinə Əməliyyat Departamentinin Bank əməliyyatlarının müşayiəti şöbəsinin müdiri kimi başlayıb.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək “KOB FEST” sərgi-satış…
►►►
İqtisadiyyat / Biznes

Unibank və  BlueOrchard Finance Ltd....

Unibank və  BlueOrchard Finance Ltd. 23 milyon ABŞ dollarlıq iki kredit sazişi…
►►►
İqtisadiyyat / Biznes

“Azərikard”dan açıqlama

“Azərikard”dan açıqlama “Azərbaycan Respublikasının Mərkəzi Bankı “Azərikard”…
►►►