Türkmənistan və Özbəkistanla iqtisadi əməkdaşlıq müzakirə olunub

Avqustun 5-də Avazada Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov arasında üçtərəfli görüş keçirilib.

Nazirlər Kabinetinin məlumatına görə, Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Türkmənistan Xalq Məsləhətinin sədrinə və Özbəkistanın dövlət başçısına çatdırıb.

Qurbanqulu Berdiməhəmmədov və Şavkat Mirziyoyev Prezident İlham Əliyevin salamlarına görə minnətdarlıqlarını bildiriblər, onların da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş ediblər.

Üçtərəfli formatın ilk görüşündə humanitar, mədəni əlaqələrin inkişafının vacibliyi və iqtisadi əməkdaşlıq mövzuları müzakirə edilib. İqtisadi sahədə ən aktual istiqamətlər kimi nəqliyyat, logistika, enerji sektorlarında strateji əməkdaşlığın daha da genişləndirilməsinə qarşılıqlı maraq ifadə olunub.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►