Red Bull Dance Your Style Milli Finalının qalibi bəlli oldu!

9 avqust 2025-ci il tarixində Heydər Əliyev Mərkəzinin qarşısında Red Bull Dance Your Style Milli Finalı baş tutdu. Həyacan dolu qızğın yarışda qalib adını Xəyal Amrullazadə (Zico Firestar) qazandı. O, 6–11 oktyabr tarixlərində Los-Ancelesdə keçiriləcək Dünya Finalında Azərbaycanı təmsil edəcək.

Milli Final mərhələsində ölkənin ən istedadlı 16 rəqqası improvizasiya əsasında keçirilən “battle”larda bir-biri ilə yarışdı. Ritm və yaradıcılıqla dolu gecə tamaşaçıların böyük marağına səbəb oldu. Tədbirin xüsusi qonaqları – Orxan Zeynallı və Trino – səhnədəki çıxışları ilə finala əlavə rəng qatdılar.

Qeyd edək ki, Red Bull Dance Your Style yarışmasının Azərbaycandakı rəsmi tərəfdaşı Nar Mobile brendidir.

İndi isə bütün diqqətlər Los-Ancelesdə baş tutacaq Dünya Finalına yönəlib.

Günel Həsənova

Əlaqədar məqalələr
ROCKVELL BUSINESS

"Rebuild Karabakh 2025" sərgisində sahibkarlar üçün ödənişsiz stend təklifi

“Rebuild Karabakh 2025” sərgisində məhsul və xidmətlərini tanıtmaq istəyən…
►►►
ROCKVELL BUSINESS

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Mərkəzi Bankın valyuta ehtiyatları artıb Bu ilin avqust ayında Azərbaycan Mərkəzi…
►►►
ROCKVELL BUSINESS

Azarkeşlər üçün misilsiz imkanlar yoldadır

Azarkeşlər üçün misilsiz imkanlar yoldadır “McLaren Racing” şirkəti bu günkü…
►►►