Azərbaycan tekstil sektoru birinci yarımildə güclü artım nümayiş etdirib

Toxuculuq sənayesi sahəsində 2025-ci ilin birinci yarısında 190,5 milyon manatlıq məhsul istehsal edilib ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 29,7 faiz artım deməkdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin əvvəlindən toxuculuq sənayesi sürətlə genişlənir. 2025-ci ilin 6 ayının nəticələrinə görə, orta illik artım templəri 25,3 faizə çatıb.

  • Toxuculuq məhsulları:
  • Pambıq mahlıcı – 46 065,5 ton (+30,1 faiz)
  • Pambıq ipliyi – 9 288,2 ton (+28,6 faiz)
  • Pambıq parçalar – 14 703,2 min kv.m (+14,4 faiz)
  • Pambıq yataq ağları – 133,9 min ədəd (+7 dəfə)
  • Xalça və xalça məmulatları – 1,6 min kv.m (-5,9 faiz)

Toxuculuq sənayesində istehsalın artımı sektorda son illər həyata keçirilən layihələrin, müasir texnologiyaların tətbiqinin və istehsal güclərinin genişləndirilməsinin nəticəsidir. Bu dinamika, həmçinin yeni müəssisələrin istifadəyə verilməsi və əməkdaşlıq layihələrinin icrası ilə dəstəklənir. Misal üçün, Özbəkistanla tərəfdaşlıq çərçivəsində ölkəmizdə pambıq yetişdirilməsindən tutmuş hazır geyim istehsalınadək bütün mərhələləri əhatə edən tekstil klasterinin formalaşdırılması üzrə layihələri göstərmək olar.

Bu istiqamətdə həyata keçirilən layihələrindən biri də, Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabrikasıdır. Fabrikin xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Bu il müəssisəsidə 924 min ədəd köynək istehsalı planlaşdırılır. Gələcəkdə isə Xankəndi tikiş fabrikində ildə 3-5 milyon ədəd müxtəlif trikotaj məhsulları istehsal edilməsi nəzərdə tutulur.

Həyata keçirilən işlərin nəticəsi olaraq hazır geyim istehsalında da artım müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar–iyun aylarında ölkədə 349,8 min ədəd üst geyimi istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,5% çoxdur. Alt geyim istehsalı isə 2,6 dəfə artaraq 733,9 min ədədə çatıb. Faktiki qiymətlərlə ölkədə müxtəlif geyim məhsullarının ümumi istehsal həcmi 58,6 milyon manat təşkil edib.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Tikinti sektoru ilə bağlı dövlət qurumlarının....

Tikinti sektoru ilə bağlı dövlət qurumlarının və sahibkarların iştirakı ilə ictimai…
►►►
İqtisadiyyat / Biznes

Bir Bonus Toyota Corolla və yüzlərlə bonus qazandırır

Bir Bonus Toyota Corolla və yüzlərlə bonus qazandırır Bir ekosistemin vahid loyallıq…
►►►
İqtisadiyyat / Biznes

Belqradda Serbiya–Azərbaycan biznes forumu keçiriləcək

Belqradda Serbiya–Azərbaycan biznes forumu keçiriləcək Azərbaycan ilə Serbiya arasında…
►►►