“FINCA Azerbaijan” MM QBKT-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

25 iyul 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “FINCA Azerbaijan” MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan AZ2009019202 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 12.08.2025-ci il tarixində yekunlaşmışdır. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı“FINCA Azerbaijan” MM QBKT
Dövlət qeydiyyat nömrəsi – İSİNAZ2009019202
İstiqraqzların növü və formasıFaizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/formasıKütləvi/ Birqiymətli hərrac
İstiqrazların sayı10,000 ədəd
İlkin ticarət qiyməti100 manat
Buraxılış həcmi1,000,000 manat
İllik gəlirlilik faizi15%
Ödəmə perioduİlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir
Tədavül müddəti18 ay
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)1,000,000 manat
Reallaşdırılmış həcm1,000,000 manat
Hərrac qiyməti100 manat
İnvestor sayı50
Sifariş sayı50
Anderrayter“Unicapital İ.Ş.” ASC