KOB subyektləri ikişaf edir

Sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun olaraq KOB-ların böyüməsi və dövriyyəsinin artması onların yaradılan imkanlardan səmərəli istifadə edərək davamlı inkişaf etməsini və iqtisadiyyatda payının yüksəlməsini göstərir.

Sahibkarlığın inkişafı sahəsində ölkəmizdə həyata keçirilən məqsədyönlü dövlət siyasəti, KOB-lara göstərilən dəstək tədbirləri və təşviqlər öz müsbət nəticəsini verir. 2024-cü ildə əvvəlki illə müqayisədə sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun olaraqböyüyən və dövriyyəsi artan KOB subyektlərinin sayı çoxalıb.

Belə ki, 2023-cü illə müqayisədə ötən il sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun olaraqböyüyən KOB-ların sayı 14%-ə yaxın artıb. KOB subyektlərinin dövriyyəsi isə əvvəlki illə müqayisədə 2024-cü ildə 10%-ə yaxın artaraq 48 mlrd. manatdan çox olub. Hər iki göstərici üzrə artım KOB-ların sahibkarlıq fəaliyyəti üçün yaradılan imkanlardan və ölkədəki əlverişli biznes mühitindən səmərəli istifadə edərək davamlı inkişafının və iqtisadiyyatda payının yüksəlməsinin göstəricisidir.

Qeyd edək ki, Azərbaycanda sahibkarların 99%-dən çoxunu KOB subyektləri təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli Qərarı ilə təsdiq olunmuş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na uyğun olaraq sahibkarın mikro, kiçik, orta və iri sahibkar olduğu işçilərin orta siyahı sayı və illik gəliri əsasında müəyyən edilir. Mikro sahibkar işçilərinin sayı 10-dək, illik gəliri 200 min manatadək olan sahibkardır. İşçilərinin sayı 11-50 arasında, illik gəliri 3 milyon manatədək olan sahibkar kiçik sahibkar hesab olunur. Orta sahibkar işçilərinin sayı 51-250 arasında, illik gəliri isə 3-30 milyon manat arasında olan sahibkardır.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Hacıqabulda sahibkarlarla görüş keçirilib

Hacıqabulda sahibkarlarla görüş keçirilib Tədbirdə Hacıqabul rayonunda biznes və…
►►►
İqtisadiyyat / Biznes

Tikinti sektoru ilə bağlı dövlət qurumlarının....

Tikinti sektoru ilə bağlı dövlət qurumlarının və sahibkarların iştirakı ilə ictimai…
►►►
İqtisadiyyat / Biznes

Bir Bonus Toyota Corolla və yüzlərlə bonus qazandırır

Bir Bonus Toyota Corolla və yüzlərlə bonus qazandırır Bir ekosistemin vahid loyallıq…
►►►