SİMA və “Yelo Bank”dan yeni rəqəmsal imkanlar

SİMA Rəqəmsal Həllər Platformasının məhsulları “Yelo Bank”ın 3 müxtəlif xidmətinə inteqrasiya edilib. Bunlar məsafədən bank hesabının açılması, onlayn investisiya və rəqəmsal kart sifarişi xidmətləridir.

İndi fərdi sahibkarlar SİMA-nın “KYC Videozəng” həlli vasitəsilə “Yelo Business” tətbiqində məsafədən bank hesabı aça bilərlər. Xidmət tamamilə ödənişsizdir və 5 dəqiqədən az vaxt tələb edir. Yeni istifadəçilər üçün tətbiqdə sənədlərin “SİMA İmza” ilə imzalanması və “SİMA KYC Videozəng” vasitəsilə identifikasiya edilməsi kifayətdir. Bankın cari müştəriləri isə xidmətdən videozəng çağrısı olmadan, sadəcə “SİMA İmza” vasitəsilə yararlana bilərlər.

“Yelo Bank”da SİMA rəqəmsal imza ilə həyata keçirilən daha bir xidmət isə yeni rəqəmsal kartın əldə edilməsidir. Artıq Bankın tətbiqində “Yelo” rəqəmsal kartını “SİMA İmza” ilə anında aktivləşdirərək, filiala getmədən dərhal istifadə etmək mümkündür.

SİMA haqqında

SİMA Rəqəmsal Həllər Platforması AZCON Holding şirkətlərindən olan AzInTelecom tərəfindən yaradılıb. Platformaya daxil olan SİMA rəqəmsal imzanı əldə etmək üçün xidmət məntəqəsinə getməyə və ya fiziki daşıyıcıya ehtiyac yoxdur. Olduğunuz yerdən “SİMA İmza” mobil tətbiqini smartfona yükləyib bir dəfə qeydiyyatdan keçmək kifayətdir.

“SİMA KYC” isə real vaxt rejimində şəxsin identifikasiyasını aparmaq imkanı verən rəqəmsal həlldir. “SİMA KYC” şəxsiyyətin təsdiqlənməsi üçün lazım olan bütün proseslərdə istifadə oluna bilər.

Əlaqədar məqalələr
Elm / Texnologiya

Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin....

Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında2,5 milyondan çox müraciət qəbul…
►►►
Elm / Texnologiya

Bir neçə yerdə işləyən zumerlər kibercinayətkarlar....

Bir neçə yerdə işləyən zumerlər kibercinayətkarlar üçün asan hədəfə…
►►►
Elm / Texnologiya

Ekologiya və Təbii Sərvətlər Nazirliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi İT sistemlərini “Hökumət buludu”na…
►►►