Sahibkarlar “Big 5 Global UAE 2025” sərgisinə dəvət olunurlar

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 24-27 noyabr 2025-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində  keçiriləcək “Big 5 Global UAE 2025” tikinti və inşaat sənayesi sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 14 şirkət.
İştirakçılar müsabiqə əsasında seçiləcək.

Sərginin əhatə etdiyi sahələr (məhsullar): Tikinti materialları, avadanlıq və alətlər, keramika və daş, pəncərə texnologiyaları, interyer və təmizləmə materialları.

Müraciətlərin qəbulu aşağıda təqdim olunan xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının (XİFMN) məhsul kodlarına daxil olan tikinti məhsulları üzrə həyata keçiriləcək.

XİFMN üzrə məhsulun koduMəhsulun adı
32Aşılayıcı və boyayıcı ekstraktlar, tanninlər və onların törəmələri; boyaqlar, piqmentlər və digər boyayıcı maddələr; boyalar və laklar; zamazkalar və digər mastikalar; tipoqrafiya boyaqları, mürəkkəblər, tuş
3925Tikinti üçün plastik məmulatlar (qapı, pəncərə çərçivələri, panellər və s.)
3917Plastikdən borular, fitinqlər (santexnika üçün)
4016Vulkanizasiya olunmuş kauçukdan tikinti məhsulları (örtüklər, sızdırmazlıq elementləri və s.)
4009Kauçuk borular və hortumlar (santexnika və texniki təyinat üçün)
44Oduncaq və ondan hazırlanan məmulatlar; ağac kömürü
6904İnşaat kərpici, döşəmələr üçün bloklar, balka konstruksiyaların doldurulması üçün daşıyıcı keramika daşları və keramikadan olan analoji məmulatlar:
6907-6908Döşəmə üçün plitələr, döşəmə, soba, kaminlər və ya divarlar üçün keramik minalanmamış üzlük lövhəcikləri; mozaika işləri üçün minalanmamış keramik kubiklər və ya analoji məmulatlar, əsasda və ya onsuz:
7005Tikinti üçün işlənmiş şüşə (tək qat, ikiqat və s.)
7008Qapı-pəncərələr üçün şüşə panellər, izolyasiya olunmuş şüşə
7208Dəmirdən və ya aşqarlanmamış poladdan olan yastı prokat, eni 600 mm və ya daha çox, isti yayılmış, metalla örtülməmiş, qalvanik və ya digər örtüyü olmayan:
7210Dəmirdən və ya aşqarlanmamış poladdan, eni 600 mm və ya çox olan, metalla örtülmüş, qalvanik və ya digər örtüklü yastı prokat
7214Döyülmədən, isti yayılmadan, isti çəkilmədən və ya isti ekstruziyadan başqa sonrakı emala məruz qalmamış, yaymadan sonra burulmuş daxil olmaqla dəmirdən və ya aşqarlanmamış poladdan digər çubuqlar:
7216Dəmirdən və ya aşqarlanmamış poladdan fasonlu və xüsusi profilli künclüklər:
73Qara metallardan məmulatlar
74Mis və ondan hazırlanan məmulatlar
76Alüminium və ondan hazırlanmış məmulatlar
78Qurğuşun və ondan hazırlanmış məmulatlar
81Digər əsas metallar; kermetlər (keramika-metal ərintiləri); onlardan hazırlanmış məmulatlar
82Əsas metaldan alətlər, ləvazimatlar, bıçaqlar, qaşıq və çəngəllər; onların əsas metaldan hissələri
8413Nasoslar (su təchizatı və drenaj sistemləri üçün)
8424Səpici və təzyiqli spreylər (tikinti kimyəvi maddələri üçün)
8479Tikinti üçün digər mexaniki qurğular (lift hissələri, kran mexanizmləri və s.)
8544Birləşdirici qurğularla və ya onlarsız izolyasiyalı naqillər (minalanmış və ya anodlaşdırılmış naqillər daxil olmaqla), kabellər (koaksial kabellər daxil olmaqla) və digər izolyasiyalı elektrik keçiriciləri; elektrik keçiricilərlə və ya birləşdirici elementlərlə yığılıb-yığılmamasından asılı olmayan fərdi örtüklü liflərdən təşkil olunmuş lifli-optik kabellər.

Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO.                               

Müsabiqə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” əsasında 10 oktyabr 2025-ci il tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:

  • ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
  • nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
  • sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal;
  • Meyarların cəmi üzrə minimum keçid balı: 20 bal.

Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

  • Ərizə;
  • dəstək tədbirində iştirakla bağlı Şərtlər;
  • sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
  • son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;
  • bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə).

Sənədlər aşağıdakı ünvan üzrə 30 sentyabr 2025-ci il tarixinədək təqdim olunmalıdır: Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Bakı Biznes Mərkəzi, Neftçilər pr., 32, Bakı, AZ1000.

Əlavə məlumat üçün:

Tel: (+994 12) 598-01-47/48 (daxili – 3616);
E-mail: rana.huseynova@azpromo.gov.az.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

KOB subyektləri ikişaf edir

KOB subyektləri ikişaf edir Sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun olaraq…
►►►
İqtisadiyyat / Biznes

Mikro kredit sahəsində karyera qurmaq istəyənlərin nəzərinə!

Mikro kredit sahəsində karyera qurmaq istəyənlərin nəzərinə! Yelo Bank gənclərin…
►►►
İqtisadiyyat / Biznes

"KREDİT EVİ" ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir

“KREDİT EVİ” ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı…
►►►