Beyin qocalmasını ləngidən zülal aşkar edilib

San-Fransiskodakı Kaliforniya Universitetinin alimləri beynin qocalmasında əsas rol oynaya biləcək bir zülalı müəyyən ediblər. Araşdırma göstərib ki, siçanlarda FTL1 zülalının artıqlığı yaddaş itkisinə, neyron əlaqələrinin zəifləməsinə və hüceyrə aktivliyinin azalmasına səbəb olur. Alimlər gənc siçanlarda FTL1 səviyyəsini süni şəkildə yüksəltdikdə, onların beyni və davranışı yaşlı fərdlərə bənzəməyə başlayıb. Əksinə, bu zülalın səviyyəsi yaşlı gəmiricilərdə azaldıldıqda, onların idrak funksiyaları bərpa olunub. Qocalma xüsusilə öyrənmə və yaddaşa cavabdeh olan hipokampusa güclü təsir göstərir.

Məhz burada tədqiqatçılar yaşlı heyvanlarda FTL1 səviyyəsində dəyişikliklər müşahidə ediblər. Alimlər gənc və yaşlı siçanların hipokampusunu müqayisə edərək müəyyən ediblər ki, yaş artdıqca səviyyəsi əhəmiyyətli dərəcədə yüksələn yeganə zülal FTL1-dir. FTL1 səviyyəsi yüksək olan yaşlı siçanlarda neyron əlaqələrinin daha az olduğu və idrak qabiliyyətlərinin zəiflədiyi müşahidə olunub. Tədqiqatçılar gənc siçanlarda FTL1 səviyyəsini süni şəkildə yüksəltdikdə, onların beyni və davranışı yaşlı heyvanların göstəricilərini xatırlatmağa başlayıb. Laboratoriya təcrübələrində FTL1 artıqlığı olan hüceyrələr normal budaqlanmış strukturlar əvəzinə sadə təkşüalı çıxıntılar formalaşdırıb.

Lakin yaşlı siçanlarda FTL1 səviyyəsinin azaldılması əks effektə gətirib çıxarıb. Neyron əlaqələri artıb və siçanlar yaddaş testlərində daha yaxşı nəticə göstərərək gənc yaşa xas idrak funksiyalarını nümayiş etdiriblər. Alimlər həmçinin qeyd ediblər ki, FTL1 hipokampus hüceyrələrinin metabolizmini zəiflədir, lakin metabolizmi stimullaşdıran birləşmələr bu təsirlərin qarşısını ala bilir. Kaliforniya Universiteti nəzdində fəaliyyət göstərən Qocalma Araşdırmaları İnstitutunun direktor müavini Saul Villeda-nın sözlərinə görə, burada müşahidə olunan sadəcə pozuntuların gecikməsi deyil, məhz “geriyə dönüş” effektidir. Tədqiqatçılar ümid edirlər ki, onların kəşfləri FTL1-in təsirini bloklayan və beynin qocalmasının nəticələrini yüngülləşdirən müalicə üsullarının hazırlanmasına gətirib çıxaracaq.

Əlaqədar məqalələr
Elm / Texnologiya

Avtopilot alıcıları Tesla-ya cəlb etmək əvəzinə daha çox uzaqlaşdırır

Avtopilot alıcıları Tesla-ya cəlb etmək əvəzinə daha çox uzaqlaşdırır Bu ay 8000…
►►►
Elm / Texnologiya

Yelo Bank ICPC Dünya Finalının bank tərəfdaşıdır

Yelo Bank ICPC Dünya Finalının bank tərəfdaşıdır Bu il paytaxtımız dünyanın ən…
►►►
Elm / Texnologiya

ABB Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinə tərəfdaşlıq dəstəyi verir

ABB Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinə tərəfdaşlıq dəstəyi verir 31 avqust – 5…
►►►