Azərbaycanın turizm imkanları MDB ölkələrində təqdim olunur

Azərbaycan Turizm Bürosu tərəfindən 18-25 avqust tarixlərində Özbəkistanın Daşkənd, Qazaxıstanın Astana və Almatı, həmçinin Belarusun Minsk şəhərində keçirilən silsilə tədbirlərdə ölkəmizin turizm imkanları nümayiş etdirilib.

Tədbir çərçivəsində keçirilən görüşlərdə Özbəkistandan 50, Qazaxıstandan 70, Belarusdan isə 70 aparıcı turizm şirkəti, eləcə də ölkəmizdən “Azərbaycan Hava Yolları” QSC, hotel və turizm şirkətləri ilə birgə ümumilikdə 10 yerli turizm sənayesi təmsilçisi iştirak edib.

İştirakçılara Azərbaycanın sahil turizmi, dağ-xizək kurortları, sağlamlıq və spa mərkəzləri, mədəni və qastronomik marşrutları təqdim olunub, “Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025” beynəlxalq tədbiri barədə məlumat verilib. Təqdimatlardan sonra keçirilən B2B formatlı görüşlərdə əməkdaşlıq imkanlarını müzakirə edilib.

Əlaqədar məqalələr
Turizm

Azərbaycanın turizm potensialı Almaniyada nümayiş olunur

Azərbaycanın turizm potensialı Almaniyada nümayiş olunur Azərbaycanın turizm potensialı…
►►►
Turizm

Yanvar ayında Azərbaycana 181 mindən çox xarici vətəndaş səfər edib

Yanvar ayında Azərbaycana 181 mindən çox xarici vətəndaş səfər edib 2026-cı ilin yanvar…
►►►
Turizm

Azərbaycanın beynəlxalq qastronomiya xəritəsində mövqeyi gücləndirilir

Azərbaycanın beynəlxalq qastronomiya xəritəsində mövqeyi gücləndirilir Dövlət Turizm…
►►►