Şeyxülislam Allahşükür Paşazadə İranın Fövqəladə və Səlahiyyətli səfiri Müctəba Dəmirçilunu qəbul edib

Şeyxülislam Allahşükür Paşazadə avqustun 25-də İran İslam Respublikasının Bakıdakı yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri  Müctəba Dəmirçilunu qəbul edib.

Səmimi söhbət zamanı Azərbaycan və İran dövlətləri və xalqları arasında bütün sahələrdə, o cümlədən, dini-mənəvi müstəvidə tarixi, ənənəvi əlaqələrin möhkəmlənməsinin vacibliyinə toxunuldu. Şeyxülislam A.Paşazadə yeni səfirə qarşıdakı fəaliyyətində uğurlar dilədi. QMİ sədri bildirdi ki, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri, Azərbaycan Prezidenti İlham Əliyevlə Xankəndi Zirvəsində bir araya gəlməsi mühüm əhəmiyyət kəsb edən tarixi hadisələrdir və inşallah, ölkələrimiz arasında münasibətlərin daha artıq müsbət təkamülünə, əməkdaşlığın dərinləşməsinə təkan olacaqdır.

Səmimi şəraitdə keçən qəbul zamanı dünyada və regionda sülh və əməkdaşlıq mühitinin vacibliyi vurğulandı, dostluq, qonşuluq və qardaşlığın möhkəmləndirilməsi istiqamətində qarşılıqlı səylərin zəruriliyi qeyd olundu.

Günel Həsənova

Əlaqədar məqalələr
City Life

Bakıda ilk dəfə su üzərində unikal şou!

Bakıda ilk dəfə su üzərində unikal şou! Bakı ilk dəfə açıq havada su üzərində…
►►►
City Life

CineMastercard “Maykl” filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı

CineMastercard “Maykl” filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu…
►►►
City Life

“Mənim irsim danışır” respublika müsabiqəsinin final mərhələsi keçirilib

“Mənim irsim danışır” respublika müsabiqəsinin final mərhələsi keçirilib Elm və…
►►►