“AZINCLOUD” ilə bulud xidmətləri 24/7 əlçatandır

Azərbaycanda yeni yaradılmış “AZINCLOUD” – ictimai bulud platforması istifadəçilərə etibarlı və çevik bulud həlləri təqdim edir.

Böyükhəcmli və mürəkkəb məlumatların idarə olunması, emalı və təhlükəsiz saxlanılması müasir dövrdə bizneslərin qarşısında dayanan əsas çağırışlardan biridir. Məlumat itkisi isə şirkətləri ciddi maliyyə riskləri ilə üz-üzə qoya bilər. Məhz bu ehtiyacları qarşılamaq üçün yaradılan azincloud.az saytında istifadəçilərə etibarlı və çevik bulud həlləri təqdim edilir.

Artıq bir neçə aydır ki, istifadədə olan platforma vasitəsilə kiçik və orta bizneslər, eləcə də fərdi istifadəçilər məlumatlarını virtual serverlərdə yerləşdirərək daha təhlükəsiz mühitdə saxlaya bilirlər.

“AZINCLOUD” platformasının əsas üstünlükləri:

  • Böyükhəcmli datanın təhlükəsiz saxlanılması;
  • Məlumat itkisi risklərinin minimuma endirilməsi;
  • Məlumatların ölkə daxilində saxlanılması;
  • Xərclərin izlənməsi və optimallaşdırılması üçün hesabat imkanları;
  • Sadə interfeys üzərindən xidmətlərin seçilməsi.

Xidmətlərdən yararlanmaq üçün istifadəçilər platformanın əsas səhifəsində “Giriş” bölməsinə keçid edərək qeydiyyatdan keçə və özlərinə uyğun xidmətləri seçə bilərlər.

“AZINCLOUD” haqqında

Azərbaycanın ilk ictimai bulud platforması olan “AZINCLOUD” AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yardılıb. Platforma üzərindən müasir alətlərlə təchiz olunmuş “bulud” xidmətləri təqdim edilir. “İstifadə etdiyin qədər ödə” modeli ilə fəaliyyət göstərən azincloud.az istifadəçilər üçün 24/7 əlçatandır. Sadəcə veb-sayta daxil olub qeydiyyatdan keçməklə bir neçə dəqiqə ərzində “bulud” infrastrukturunu formalaşdırmaq mümkündür.

“AzInCloud” platformasının əsas məqsədi biznes mühitində rəqəmsal transformasiyanı təşviq etmək, Azərbaycanda bizneslərin və fərdlərin rəqəmsallaşmadakı rolunu artırmaqdır.

Əlaqədar məqalələr
Elm / Texnologiya

Kaspersky: “Zoomer” nəslinin hər dördüncü nümayəndəsi süni intellektlə dostluq edir

Kaspersky: “Zoomer” nəslinin hər dördüncü nümayəndəsi süni intellektlə dostluq…
►►►
Elm / Texnologiya

Rəqəmsal həyatın canı smartfondadır — istifadəçilər hansı məlumatları mobil cihazlara etibar edirlər

Rəqəmsal həyatın canı smartfondadır — istifadəçilər hansı məlumatları mobil cihazlara…
►►►
Elm / Texnologiya

Beş İcra Hakimiyyəti İT sistemlərini “Hökumət buludu”na köçürüb

Beş İcra Hakimiyyəti İT sistemlərini “Hökumət buludu”na köçürüb “Hökumət…
►►►