Nomade Black & White

26 avqust saat 17:00-da Azərbaycan Rəssamlar İttifaqının Vaciya Səmədova adına sərgi salonunda (Xəqani küç. 19) Batuxan Baymenin NOMADE BLACK & WHITE sərgisinin təntənəli açılışı oldu. Sərginin açılışında Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Azərbaycanın mədəniyyət nazirinin müavini Səadət Yusifova və Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov iştirak ediblər.

Batuxan Baymen Qazaxıstanın ən məşhur müasir qrafika rəssamlarından biridir, onun əsərləri öz miqyası, düşüncə dərinliyi və özünəməxsus çöl rəngi ilə seçilir. Müasir təsviri sənətdə yeni cərəyanlara sadiq qalaraq, o, yaradıcılığında əcdadlarının köçəri mədəniyyətinin əvəzsiz irsindən ilham alır. Əsərləri qədim türklərin tarixini, nomadlar dünyasını əks etdirir.

Sərgidə təqdim olunan əsərlər öz miqyası və ifadəsi ilə heyran qalır. Batuxan Baymenin əsərlərinin özünəməxsus quruluşu metaforik, simvolik və alleqorik süjetlərlə doludur. Hər bir rəsm kompozisiya quruluşuna görə harmonikdir, çox mənalıdır, xalqın ruhunu ifadə edir. Rəssam türk xalqlarının ortaq fəlsəfəsini tədqiq və təhlil edərək qrafika əsərlərində tez-tez Abay Kunanbayev, Çingiz Aytmatovun, Əlişir Nəvainin əsərlərindən motivlərdən istifadə edir.

Sərgi sentyabrın 15-dək davam edəcək. Giriş pulsuzdur.

Əlaqədar məqalələr
İncəsənət / Dəb

"King's Style"- kralların seçimi

“King’s Style”- kralların seçimi Kişi geyimlərinin ən əsas…
►►►
İncəsənət / Dəb

Azerbaijan Fashion Week 20-ci yubiley mövsümünü keçirəcək

Azerbaijan Fashion Week və Dome Middle East Fashion Week Bakida 20-ci yubiley mövsümünün…
►►►
İncəsənət / Dəb

Fərqanə Qasımova “ANA” mahnısını təqdim edib

Fərqanə Qasımova “ANA” mahnısını təqdim edib Əməkdar artist Fərqanə Qasımova yeni…
►►►