Azərbaycanın turizm imkanları Tailandda nümayiş etdirilib

Azərbaycan Turizm Bürosu (ATB) “Şahdağ” Turizm Mərkəzi və digər tərəfdaşlarla birgə Tailandın Banqkok şəhərində keçirilən “PATA Travel Mart 2025” (PTM) sərgisində ölkənin turizm imkanlarını nümayiş etdirir.

Sərgidə stend ziyarətçilərinə ölkə haqqında ətraflı məlumat verilir və potensial əməkdaşlıq imkanları qiymətləndirilir.

Tədbir zamanı PATA-nın baş icraçı direktoru Nur Əhməd Hamid ATB nümayəndələri ilə görüşərək turizm sahəsində inkişaf və son yeniliklər barədə fikir mübadiləsi aparıb.

Azərbaycan Respublikasının Tailand Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Elçin Bəşirov milli stendi ziyarət edib.

Qeyd edək ki, Asiya-Sakit okean regionunun beynəlxalq turizm sərgilərindən biri olan “PATA Travel Mart 2025” (PTM) şəbəkələşmə, biznesin inkişafı və tərəfdaşlıqların qurulması üçün mühüm platformadır.

Əlaqədar məqalələr
Turizm

Turizm sənayesi nümayəndələri üçün şimal-qərb regionuna tanışlıq səfəri təşkil olunub

Turizm sənayesi nümayəndələri üçün şimal-qərb regionuna tanışlıq səfəri təşkil…
►►►
Turizm

Qazaxıstan və Özbəkistan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olunub

Qazaxıstan və Özbəkistan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil…
►►►
Turizm

Azərbaycanla Yunanıstan arasında turizm....

Azərbaycanla Yunanıstan arasında turizm əlaqələrinin genişləndirilməsi perspektivləri…
►►►