Yelo Bank-ın “Summer Challenge” yay təcrübə proqramı uğurla yekunlaşdı

Bank sektorunda peşəkar kadrların yetişdirilməsinə töhfə vermək məqsədi ilə təşkil olunan Yelo Bank-ın “Summer Challenge” yay təcrübə proqramı bu il də uğurla başa çatdı. Proqram çərçivəsində 55 seçilmiş gənc iştirakçı Bankın müxtəlif departamentlərində real iş mühiti ilə tanış olaraq, peşəkar mütəxəssislərin mentorluğu altında praktiki bilik və bacarıqlar əldə etdi.

İştirakçılar təcrübə müddətində Yelo Bank-ın gündəlik fəaliyyətinə cəlb olunaraq layihələrin hazırlanması, tədbirlərin təşkili və komanda işində fəal rol oynadılar. Proqram gənclərə liderlik, ünsiyyət, analitik düşüncə və ideya istehsalı kimi mühüm bacarıqları inkişaf etdirmək üçün geniş imkanlar yaratdı.

Proqramın sonunda bütün iştirakçılara rəsmi sertifikatlar təqdim olundu. Aktivliyi və peşəkar yanaşması ilə seçilən bir sıra iştirakçılar isə artıq Yelo Bank-da işlə təmin olunaraq komandaya qoşulublar. 

Yelo Bank-ın təşəbbüsü ilə “Summer Challenge” kimi proqramlar gələcək illərdə də davam etdiriləcək və daha çox gəncin karyera yolunda ilk addımlarını atmasına imkan yaradacaq.

Banklarda vakansiya ilə bağlı ətraflı məlumat almaq istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

ABB-dən “İndi al, sonra ödə!” xidməti

ABB-dən “İndi al, sonra ödə!” xidməti ABB yeni “İndi al, sonra ödə!” xidmətini…
►►►
İqtisadiyyat / Biznes

Rəqəmsal bankçılıqda yeni dövr

Rəqəmsal bankçılıqda yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da…
►►►
İqtisadiyyat / Biznes

Unibankın aktivləri 2 milyard manatı keçib

Unibankın aktivləri 2 milyard manatı keçib Unibank Kommersiya Bankı 2025-ci ilin maliyyə…
►►►