“Rebuild Karabakh 2025” sərgisində məhsul və xidmətlərini tanıtmaq istəyən sahibkarlar üçün ödənişsiz stend təklif edilir

Sahibkarlar oktyabrın 1-dək KOBİA-ya müraciət edə bilərlər.   

14-16 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 5-ci Yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi (“Rebuild Karabakh 2025”) keçiriləcək.

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin tanıdılmasına, satış imkanlarının genişləndirilməsinə və yeni biznes əlaqələri qurmasına dəstək məqsədilə bu il də sərgidə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) xüsusi stendlə təmsil olunacaq.

Məhsul və xidmətlərini ödənişsiz olaraq KOBİA-nın stendində sərgiləmək istəyən və fəaliyyət istiqaməti sərginin mövzusuna uyğun gələn KOB subyektləri 1 oktyabr 2025-ci il tarixinədək müvafiq formanı dolduraraq Agentliyə müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 (Qeyd: “İştirak etmək istədiyiniz tədbir” bölümündə “Rebuild Karabakh 2025” qeyd olunmalıdır).

Qeyd edək ki, “Rebuild Karabakh” sərgisi bu il öz yubileyini qeyd edəcək. Builki sərgi informasiya texnologiyaları, investisiyalar, ekologiya, alternativ enerji, inşaat, kənd təsərrüfatı, qida sənayesi, kimya, mədən sənayesi, nəqliyyat, yol tikintisi və infastrukturu kimi bölmələrdən ibarət olacaqdır.

Əlaqədar məqalələr
ROCKVELL BUSINESS

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Mərkəzi Bankın valyuta ehtiyatları artıb Bu ilin avqust ayında Azərbaycan Mərkəzi…
►►►
ROCKVELL BUSINESS

Azarkeşlər üçün misilsiz imkanlar yoldadır

Azarkeşlər üçün misilsiz imkanlar yoldadır “McLaren Racing” şirkəti bu günkü…
►►►
ROCKVELL BUSINESS

Azərbaycanda gips məmulatlarının istehsalı 25 faizdən çox artıb

Azərbaycanda gips məmulatlarının istehsalı 25 faizdən çox artıb 2025-ci ilin yanvar-iyul…
►►►