“BİRKART BOKT” MMC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

7 avqust 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “BİRKART BOKT” MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların abunə yazılışı 11.08.2025-ci il tarixində başlayıb, 09.09.2025-ci il tarixində bitəcəkdir.

AZ2001027732 İSİN kodlu istiqrazların yerləşdirilməsi 11 sentyabr 2025-ci il tarixində həyata keçiriləcəkdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı“BİRKART BOKT” MMC
Dövlət qeydiyyat nömrəsi – İSİNAZ2001027732
İstiqrazın növü və formasıFaizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz
Ticarət üsulu / formasıKütləvi / Abunə Yazılışı
İstiqrazların sayı20,000 (ədəd)
İlkin ticarət qiyməti100 manat
İstiqrazların buraxılış həcmi2,000,000 manat
İllik gəlirlilik faizi11.5%
Ödəmə perioduBuraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 1 (bir) il müddətində, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə hər 30 (otuz) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir.
Tədavül müddəti12 ay
Ticarətə buraxılma tarixi11.09.2025
Anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC
Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

KOB klasterin iştirakçısı olmaq istəyən KOB subyektlərinin nəzərinə!

KOB klasterin iştirakçısı olmaq istəyən KOB subyektlərinin nəzərinə! KOB klasterinin…
►►►
İqtisadiyyat / Biznes

Bakı Fond Birjası “Anglo Asian Mining Plc” ....

Bakı Fond Birjası “Anglo Asian Mining Plc” şirkəti ilə əməkdaşlıq imkanlarını…
►►►
İqtisadiyyat / Biznes

ARMB-nın Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac…
►►►