Avropada çəkilmiş ilk tammetrajlı Azərbaycan filmi Park Cinemada təqdim olundu

03.09.2025 tarixində Park Cinemanın Flame Towers filialında Avropa Birliyində çəkilmiş ilk tammetrajlı Azərbaycan filmi olan “Görüşənədək”in təqdimatı baş tutdu.

Azərbaycanlılar tərəfindən istehsal olan bu mənalı film sənət ictimaiyyəti tərəfindən xüsusi maraqla qarşılandı.

Tədbirdə rejissorlar, aktyorlar, ssenaristlər, rəssamlar, 3D animatorlar, müəllimlər, teatr və musiqi xadimləri də daxil olmaqla müxtəlif sahələrdən yaradıcı şəxslər iştirak edirdi.

Təqdimatda filmin rejissoru və ssenari müəllifi Nazim Aqşın Musabəyli çıxış edərək filmin ərsəyə gəlməsi, yaradıcı proses və üzləşdikləri çətinliklər barədə məlumat verdi. O, bu filmi yerli kinematoqrafiya üçün önəmli bir mərhələ kimi qiymətləndirdi və incəsənət xadimlərini Avropa səviyyəli layihələrin ərsəyə gəlməsinə dəstək olmağa çağırdı.

Film tamaşaçılar tərəfindən birmənalı şəkildə müsbət qarşılandı. Təqdimatdan sonra izləyicilər ən çox bu fikirləri səsləndirdilər: “Gözləntimizdən qat-qat daha yaxşı idi”, “Film çox maraqlı və mənalı idi.”

“Görüşənədək” filmi yalnız Park Cinema kinoteatrlar şəbəkəsində nümayiş olunur.
Biletləri əldə etmək üçün link:

https://new.parkcinema.az/az/movie/68ac4907e65a7e012b8af781

Əlaqədar məqalələr
İncəsənət / Dəb

Gripin qrupu Bakıda konsert proqramı ilə çıxış etdi

Gripin qrupu Bakıda konsert proqramı ilə çıxış etdi Türkiyənin məşhur “Gripin”…
►►►
İncəsənət / Dəb

“CineMastercard”da türk romantik komediyası “Gelin Takımı 2”

“CineMastercard”da türk romantik komediyası “Gelin Takımı 2” Bakı, 27 oktyabr…
►►►
İncəsənət / Dəb

Bakıda Baku Jazz Festivalı keçirilir

Bakıda Baku Jazz Festivalı keçirilir Azərbaycanın ən mühüm musiqi tədbirlərindən biri…
►►►