Kaspersky: hər ikinci kompüterdə əvvəlki kimi “Windows 10” əməliyyat sistemi quraşdırılıb
Kaspersky-nin beynəlxalq araşdırmasına* görə, fərdi istifadəçilərin 51%-i və korporativ istifadəçilərin demək olar ki, 60%-i 2025-ci ilin oktyabrından etibarən dəstəklənməyəcək “Windows 10” əməliyyat sistemindən istifadəni davam etdirir. Şəxsi cihazların yalnız 36%-i və korporativ cihazların 26,5%-də əməliyyat sistemi 11-ci versiyaya yenilənib. Mütəxəssislər müəssisələrin əməliyyat sisteminin korporativ versiyasından istifadə nəticəsində ciddi risklərə məruz qalması barədə xəbərdarlıq edirlər. Bu cür versiyalar hücumlara qarşı daha kövrək olmaqla yanaşı, yeni proqram təminatı və təhlükəsizlik alətləri ilə də uyğunlaşmır. Bu amillər əməliyyatların davamlılığının pozulmasına səbəb ola bilər.

Bəziləri hələ də 2020-ci ildə dəstəyi dayandırılmış “Windows 7”dən – daha əvvəlki versiyadan istifadə edir. Fərdi istifadəçilər arasında bu pay 10%, korporativ istifadəçilər arasında isə 7% təşkil edir.
“Yeni əməliyyat sisteminə (ƏS) keçidin faydaları çox vaxt şübhə yaradır: yəqin ki, bir neçə yeni funksiya əlavə olunur, tanış iş prosesləri isə interfeysdəki dəyişikliklər səbəbindən mürəkkəbləşir. Lakin, kibertəhlükəsizlik nöqteyi-nəzərindən yeniləmələri qəbul etməyən köhnə sistem bir zərbəyə dağılacaq çürük hasarlı bir ev kimidir. Burada risklər ƏS-nin yeni versiyasına uyğunlaşmağın narahatlığından daha ciddidir. Korporativ İT departamentləri və informasiya təhlükəsizliyi mütəxəssisləri üçün əməliyyat sistemindən başlayaraq kritik proqram təminatının aktuallığını qorumaq bir nömrəli vəzifədir. ƏS-nin vaxtında yenilənməsi onun sındırılması ilə bağlı insidentlərin baş verməsi və onların nəticələrinin, o cümlədən qiymətli məlumatların oğurlanması və ya itirilməsi və yekunda maliyyə və nüfuza ziyan vurulması ehtimalını azaldır. Etibarlı təhlükəsizlik həlli quraşdırılmış olsa belə, yeniləmələri gözardı etmək olmaz”, – deyə Kaspersky-nin kibertəhlükəsizlik üzrə eksperti Oleq Qorobets bildirir.
Müdafiə səviyyəsini artırmaq üçün Kaspersky tövsiyə edir:
- Cihazda ƏS-nin ən son versiyasının quraşdırıldığına və avtomatik yeniləmə funksiyasının aktiv olduğuna əmin olun;
- “Kaspersky Premium” (fərdi istifadəçilər üçün), “Kaspersky Small Office Security” (kiçik bizneslər üçün) və ya “Kaspersky Symphony” xəttinin həlləri (böyük bizneslər üçün) kimi zəifliklərdən istifadə edən zərərli proqramlara qarşı qoruma təmin edən məhsullardan istifadə edin. Onlar köhnəlmiş ƏS-də (Windows 10 və 2025-ci ilin oktyabrından əvvəlki versiyalar) ola biləcək aradan qaldırılmamış zəifliklər vasitəsilə sistemə müdaxilə riskini azaltmağa kömək edir.
* “Kaspersky Security Network”dən əldə edilmiş anonim metaməlumatlar