Maliyyə Nazirliyinin 1080 günlük istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

23 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Dövlət istiqrazının növüKuponlu, ortamüddətli, dövlət istiqrazları 
Qiymətli kağızın ISIN koduAZ0201120018
Buraxılış həcmi 20 000 000 manat
Nominal dəyəri 100 manat
İstiqrazların tədavül müddəti1080 gün 
Qalıq (effektiv) gün1066 gün 
Faiz ödənişləri2026-cı il 9 mart, 2026-cı il 9 sentyabr, 
 2027-ci il 9 mart, 2027-ci il 9 sentyabr,
2028-ci il 9 mart, 2028-ci il 9 sentyabr
Faiz dərəcəsi (olduqda)8%
Ödəmə tarixi09.09.2028
Anderrayter“PAŞA Kapital İ.Ş.” QSC

Hərracın gedişi zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər. Yuxarıda qeyd edilən tarixdə həyata keçiriləcək hərracda dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Abşeron rayonunun sahibkarları ilə görüş keçirilib

Abşeron rayonunun sahibkarları ilə görüş keçirilib Görüşdə Abşeron rayonunda biznesin…
►►►
İqtisadiyyat / Biznes

Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək

Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək Azərbaycan…
►►►
İqtisadiyyat / Biznes

Yelo Bank-dan KOB-lara faizsiz dəstək!

Yelo Bank-dan KOB-lara faizsiz dəstək! Fərdi prinsiplərə sahib kiçik və orta…
►►►