Şuşa şəhərində “KOB FEST” sərgi-satış yarmarkası keçirilir

Yarmarkada Şuşa şəhərində və digər bölgələrdə fəaliyyət göstərən sahibkarların və sənətkarların məhsulları nümayiş olunur.

Şuşa şəhərində “KOB FEST” sərgi-satış yarmarkası keçirilir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən yarmarka sentyabrın 21-dək “Güllü bağ”ın ərazisində davam edəcək.  

Yarmarkada Şuşa şəhərində və digər bölgələrdə fəaliyyət göstərən 50-yə yaxın sahibkarın qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların əl işləri nümayiş olunur və satışı həyata keçirilir. “KOB FEST” sərgi-satış yarmarkasının məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsulları və xidmətləri geniş istehlakçı auditoriyasına tanıtmaqla satış imkanlarını genişləndirmək, həmçinin ölkənin müxtəlif bölgələrində çalışan sahibkarlar arasında əlaqələrin qurulması və inkişaf etdirilməsidir.

“KOB FEST”in açılışında çıxış edən Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sərgi-satış yarmarkasının Dövlət Suverenliyi Günündə şəhər sakinləri və sahibkarlarla birgə keçirilməsinin əlamətdar olduğunu vurğulayıblar. Qeyd olunub ki, belə tədbirlər Şuşa və ətraf bölgələrdən olan sahibkarların istehsal etdiyi məhsulların, sənətkarların əl işlərinin tanıdılması baxımdan əhəmiyyətlidir.

Yarmarka çərçivəsində mədəni-əyləncəli proqram da təşkil olunub.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

ABB-dən “İndi al, sonra ödə!” xidməti

ABB-dən “İndi al, sonra ödə!” xidməti ABB yeni “İndi al, sonra ödə!” xidmətini…
►►►
İqtisadiyyat / Biznes

Rəqəmsal bankçılıqda yeni dövr

Rəqəmsal bankçılıqda yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da…
►►►
İqtisadiyyat / Biznes

Unibankın aktivləri 2 milyard manatı keçib

Unibankın aktivləri 2 milyard manatı keçib Unibank Kommersiya Bankı 2025-ci ilin maliyyə…
►►►