“Bank of Baku” ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutmuşdur

5 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Bank of Baku” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların abunə yazılışı 08.09.2025-ci il tarixində başlayıb, 19.09.2025-ci il tarixində bitmişdir.

AZ2010005364 İSİN kodlu istiqrazların yerləşdirilməsi 23 sentyabr 2025-ci il tarixində həyata keçirilmişdir.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-nın  3.18  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Əsas Bazar Listinq seqmentinə alınır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı“Bank of Baku” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİNAZ2010005364
İstiqrazların növü və formasıFaizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz
Ticarət üsulu/formasıKütləvi / Abunə Yazılışı
İstiqrazların sayı200,000 (ədəd)
İlkin ticarət qiyməti100 manat
İstiqrazların buraxılış həcmi20,000,000 manat
İllik gəlirlilik faizi13%
Ödəmə Perioduİlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 (doxsan) gündən bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) 
Tədavül müddəti18 ay
Minimal qiymət100.00 (13.0%) manat
Maksimal qiymət100.00 (13.0%) manat
Kəsmə qiymət100.00 (13.0%) manat
Ortaçəkili qiymət100.00 (13.0%) manat
Reallaşdırılmış həcm20,000,000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)23,433,100 manat
İnvestor sayı601
Sifariş sayı682
Anderrayter“ABB-Invest Investisiya Şirkəti” QSC