“AzerGold” QSC Quşçu kəndində infrastrukturun bərpasına dəstək göstərib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən Daşkəsən rayonunun Quşçu kənd sakinlərinin müraciəti əsasında kəndin 10 km-lik torpaq örtüklü örüş yolunda bərpa işləri həyata keçirilib.

Yerli əhalinin gündəlik həyat şəraitinin və kənd təsərrüfatı fəaliyyətlərinin yaxşılaşdırılması məqsədilə görülən işlər çərçivəsində, həmçinin Quşçu–Quytul torpaq yolunda kipləşdirmə, səthin sıyrılması və hamarlaşdırma işləri də yerinə yetirilib.

Ərazidə dağlıq sahələrdən gələn su və sel axınlarının tənzimlənməsi məqsədilə xüsusi suötürücü boruların quraşdırılması təmin olunub. Eyni zamanda, sel sularının zərər vurduğu torpaq sahələrində dolğu materialı ilə bərkitmə və səth düzləndirmə işləri həyata keçirilib.

“AzerGold” QSC-nin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində icra olunan bu tədbirlər yerli icmanın rifahına, eləcə də kənd təsərrüfatı infrastrukturunun davamlı inkişafına töhfə vermək məqsədi daşıyır.

Əlaqədar məqalələr
City Life

Azərbaycan Dövlət Kukla Teatrında “Xoşbəxt olsun uşaqlar” adlı sərgi keçirilib

Azərbaycan Dövlət Kukla Teatrında “Xoşbəxt olsun uşaqlar” adlı sərgi keçirilib 5…
►►►
City Life

CineMastercard-da Meryem Uzerli ilə «İmroz’da Bahar» filmin təqdimatı keçirilib

CineMastercard-da Meryem Uzerli ilə «İmroz’da Bahar» filmin təqdimatı…
►►►
City Life

“Balaca səyyah” premyeraya hazırlaşır

“Balaca səyyah” premyeraya hazırlaşır Noyabrın 16-da, məktəblilərin payız tətili…
►►►