İçərişəhər rəqəmsallaşır: Yelo Bank yeni təşəbbüsə qoşuldu

Bakı yalnız müasir binaları ilə deyil, həm də əsrlərin izini daşıyan İçərişəhəri ilə öz ruhunu yaşadır. Bu unikal mədəniyyət məkanını qorumaq və gələcək nəsillərə daha müasir formada təqdim etmək məqsədilə Yelo Bank yeni təşəbbüsə imza atıb.

Yelo Bank və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi arasında bağlanan memorandum milli mədəni irsin təbliği, turizm imkanlarının artırılması və İdarənin rəqəmsal transformasiyasını hədəfləyir. Sənəd Qoruq İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud və Yelo Bankın İdarə Heyətinin sədri Anar Həsənov tərəfindən imzalanıb.

Əməkdaşlıq çərçivəsində qoruqların idarə olunmasında rəqəmsal informasiya-kommunikasiya sisteminin yaradılması, elmi-texniki nailiyyətlərin tətbiqi, beynəlxalq təcrübənin nəzərə alınması, əhali ilə açıq kommunikasiya və ictimai informasiyanın mobil tətbiq vasitəsilə yenilənməsi nəzərdə tutur. Həmçinin bu sahədə qarşılıqlı əməkdaşlıq və birgə layihələrin icrası da əsas hədəflərdən biridir.

Beləliklə, həm yerli sakinlər, həm də xarici qonaqlar qədim Bakının ruhunu daha rahat kəşf edəcək, milli irsimiz isə müasir texnologiyalar vasitəsilə daha geniş auditoriyaya tanıdılacaq.

Bank xidmətləri ilə bağlı ətraflı məlumat almaq istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Əlaqədar məqalələr
City Life

Şuşanın mərkəzində günəş enerjisi ilə işləyən "Kitab dayanacağı" istifadəyə verildi

Şuşanın mərkəzində günəş enerjisi ilə işləyən “Kitab dayanacağı&#8221…
►►►
City Life

“CineMastercard” Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edir

“CineMastercard” Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edir Hər il…
►►►
City Life

Festivalları fəth edən film indi yalnız park cınemada!

Festivalları fəth edən film indi yalnız park cınemada! Ötən gün Park Cinema Flame Towers…
►►►