Şabran2025 art simpozium

29 sentyabr tarixində Azərbaycan Rəssamlar İttifaqının Müasir İncəsənət Mərkəzində Azərbaycan Rəssamlar İttifaqı və Beynəlxalq Rəssamlar Klubunun birgə təşkilatçılığı ilə “Sərhədsiz İncəsənət 2025” adlı sərgi təşkil olunmuşdu. Bu “Şabran-2025” beynəlxalq incəsənət simpoziumu çərçivəsində yekun sərgi idi. Sərgidə Türkiyə, Özbəkistan, Qazaxıstan, Kırqızıstan, Tacikistan və Gürcüstandan olan rəssamların rəngarlıq əsərləri nümayiş olunurdu.

Yekun sərgidə simpozium iştirakçılarının rəsm əsərləri nümayiş olunub: Məhərrəm Əliyev (Azərbaycan), Tural Moyufov (Azərbaycan), Adil Yusif (Azərbaycan), Badri Paçulia (Gürcüstan), Aleksandr Osipov (Qazaxıstan), Nurquyana Innokentieva (Qırğızıstan), Zühre Özkaraman (Şimalı Kipr), Fərrux Neqmat-zadə (Tacikistan), Dilşod Əzizov (Özbəkistan).

Sərgini giriş sözü ilə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı, professor Fərhad Xəlilov açdı. O, simpozummda iştirak edən rəssamları təbrik etdi və onlara gələcək yaradıcılıq işlərində uğurlar arzuladı. Bu cür sənət görüşlərinin ölkələrimizin mədəni əməkadşlığı çərçivəsində ələdüşməz fürsət olduğunu vurğuladı. Bu cür sənət tədbirlərinin gələcəkdə də təşkil olunacağını qeyd etdi. Daha sonra sərgidə iştirak edən xarici ölkə rəssamlarına Azərbaycan Rəssamlar İttifaqının diplomları və hədiyyələri təqdim olundu. Simpozium iştirakçıları çıxış edərək yaradılmış şəraitə görə Azərbaycan Rəssamlar İttifaqına öz təşəkkürlərini bildirdilər.

“Şabran-2025” beynəlxalq incəsənət simpoziumu rəssamlar arasında canlı ünsiyyət və təcrübə mübadiləsi üçün unikal platforma təqdim edir, ölkələr arasında mədəni zənginləşməni və qarşılıqlı anlaşmanı təşviq edir.

Sərgi oktyabrın 3-dək davam edəcək.