Mastercard-ın Türkiyə və Azərbaycan üzrə yüksək səviyyəli rəhbərliyi dəyişib
- Mastercard-ın Türkiyə və Azərbaycan üzrə baş meneceri kimi mühüm uğur qazanmış Avşar Gürdal Şərqi Avropa, Yaxın Şərq və Afrika (EEEMA) üzrə strategiya, birləşmə və satınalmalar və analitika üzrə prezidentin baş köməkçisi təyin edilib.
- 2022-ci ildən “Mastercard Türkiye” şirkətində Müştəri əlaqələrinin idarə edilməsi üzrə baş direktorun müavini vəzifəsində çalışan Onur Faydacı Avşar Gürdalı əvəz edəcək.

Bakı, Azerbaycan, 1 oktyabr 2025-ci il. Ödəniş sistemləri sektorunda fəaliyyət göstərən qlobal texnologiya şirkəti Mastercard iki yüksək səviyyəli vəzifə təyinatı həyata keçirib. Mastercard-ın Türkiyə və Azərbaycan üzrə baş meneceri Avşar Gürdalın Şərqi Avropa, Yaxın Şərq və Afrika (EEEMA) üzrə strategiya, birləşmə və satınalmalar və analitika üzrə prezidentin baş köməkçisi təyin olunmasından sonra 2022-ci ildən Mastercard-da Müştəri əlaqələrinin idarə edilməsi üzrə baş direktorun müavini vəzifəsini icra edən Onur Faydacı bu vəzifəyə təyin edilib.
Faydacı 2025-ci il oktyabrın 1-dən yeni vəzifəsində Mastercard-ın strateji prioritetlərini hər iki bazarda həyata keçirərək şirkətin mövqeyini daha da gücləndirmək istiqamətində Türkiyə və Azərbaycanda əməliyyatlar və performansın idarə edilməsinə məsul olacaq.
Avşar Gürdal isə Şərqi Avropa, Yaxın Şərq və Afrika (EEEMA) regionunda strategiyanın dizaynı və icrası, strateji prioritetlərin həyata keçirilməsini dəstəkləmək üçün investisiya imkanlarının qiymətləndirilməsi və analitik funksiyaların idarə edilməsinə cavabdeh olacaq.

Avşar Gürdal kimdir?
Avşar Gürdal karyerasına “Unilever” şirkətində başlayıb, “PRG” və “Value Partners” şirkətlərində çalışdıqdan sonra 2015-ci ildə “Mastercard Advisors” şirkətinə qoşulub. 2016-cı ildə Mastercard-da Müştəri əlaqələrinin idarə edilməsi üzrə direktor, 2019-cu ildə “Mastercard Türkiye” şirkətinin vitse-prezidenti, 2022-ci ildə isə Mastercard-ın Türkiyə və Azərbaycan üzrə Baş Meneceri kimi fəaliyyət göstərib. Boğaziçi Universitetinin Maşın Mühəndisliyi fakütləsindən məzun olmuş Gürdal Koç Universitetinin MBA dərəcəsinə malikdir.
Onur Faydacı kimdir?
Maliyyə xidmətləri sahəsində 20 ilə yaxın təcrübəyə malik Onur Faydacı 2006-cı ildə “HSBC Bank Türkiye”də karyerasına başlayıb. O, Korporativ bankçılıq və Korporativ kreditlərin departamentlərində müxtəlif vəzifələrdə çalışıb, 2012-ci ildə “Merrill Lynch” İnvestisiya Bankında Ölkə üzrə risk meneceri vəzifəsində işləyib. Faydacı 2013-2018-ci illərdə “HSBC Bank Türkiye”də investisiya bankçılığı departamentində yüksək səviyyəli rəhbər vəzifəsini icra edib. 2018-ci ildə Böyük və orta ölçülü maliyyə qurumları üçün müştəri əlaqələrinin idarə edilməsi üzrə direktor vəzifəsində çalışaraq “Mastercard Türkiye” şrkətində Müştəri əlaqələrinin idarə edilməsi komandasına qoşulub. O, ən son olaraq “Mastercard Türkiye” şirkətində Müştəri əlaqələrinin idarə edilməsi üzrə baş direktorun müavini vəzifəsində uğurlu liderlik nümayiş etdirib. Faydacı Boğaziçi Universitetinin İqtisadiyyat fakültəsini yüksək qiymətlərlə bitirib və Bahçeşehir Universitetinin MBA dərəcəsinə sahibdir.
Mastercard haqqında
Mastercard 200-dən artıq ölkə və ərazidə iqtisadiyyatları gücləndirir və insanlara dəstək verir. Müştərilərimizlə birlikdə hər kəsin rifah tapa biləcəyi davamlı bir iqtisadiyyat qururuq. Biz rəqəmsal ödənişlərin geniş spektrini dəstəkləyir, əməliyyatları təhlükəsiz, sadə, ağıllı və əlçatan edirik. Texnologiya və innovasiyalarımız, tərəfdaşlıqlarımız və şəbəkələrimiz insanların, bizneslərin və hökumətlərin öz potensiallarını tam şəkildə reallaşdırmasına kömək edən unikal məhsul və xidmətlər toplusu təqdim edir.
Daha əttaflı məlumat üçün: Medyaevi İletişim, Güven Adalı gadali@medyaevi.com.tr , Erdem Baltacı ebaltaci@medyaevi.com.tr