İşğaldan azad edilmiş ərazilərdə daha bir qrup sakin üçün kiçik bizneslər yaradılıb

Ağdam, Xocalı, Laçın, Ağdərə rayonları və Şuşa şəhərində daha 15 sakinə özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar təqdim edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, verilən aktivlər hesabına sakinlər qoyunçuluq, maldarlıq təsərrüfatı, un məmulatları istehsalı, kiçik dərzi sexi, qadın gözəllik salonu, kiçik foto atelye və digər istiqamətlər üzrə kiçik bizneslərini yaradıblar.

Qeyd edək ki, Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülən sakinlərdən özünüməşğulluq proqramı vasitəsilə kiçik təsərrüfatları qurulan şəxslərin sayı 460-a çatıb.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Unibank birinci rübün maliyyə nəticələrini açıqladı 

Unibank birinci rübün maliyyə nəticələrini açıqladı Unibank KB 2026-cı ilin birinci…
►►►
İqtisadiyyat / Biznes

AccessBank 2026-cı ilin 1-ci rüb üzrə maliyyə hesabatını açıqlayır

AccessBank 2026-cı ilin 1-ci rüb üzrə maliyyə hesabatını açıqlayır Mikro, kiçik və…
►►►
İqtisadiyyat / Biznes

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol Birbank Invest istifadəçilərinə yeni investisiya…
►►►