Hacıqabulda sahibkarlarla görüş keçirilib

Tədbirdə Hacıqabul rayonunda biznes və investisiya qoyuluşu üçün imkanlar və çağırışlara dair müzakirələr aparılıb, sahibkarların təklifləri dinlənilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Hacıqabul Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. 

Tədbirdə kənd təsərrüfatı, heyvandarlıq və digər sektorlarda fəaliyyət göstərən 90-a yaxın sahibkar, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov rayonun potensialı, biznes üçün imkanlar və dövlət dəstəyi mexanizmləri barədə məlumat verib. Bildirilib ki, Hacıqabul rayonunun kənd təsərrüfatı, sənaye və nəqliyyat-logistika imkanları genişdir. Rayonda taxılçılıq, tərəvəzçilik və heyvandarlıq kənd təsərrüfatının əsas istiqamətlərindəndir. Hacıqabulun ərazisindən keçən beynəlxalq magistrallar və dəmir yol xətti rayonun logistika mərkəzi kimi əhəmiyyətini artırır. Rayonunda yerləşən sənaye parkı qeyri-neft sektorunun inkişafına, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin yaradılmasına, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına öz töhfəsini verməklə yanaşı, sahibkarlığın inkişafını dəstəkləyir. Bu imkanlardan istifadə etməklə Hacıqabulda biznes qurmaq və fəaliyyətini genişləndirmək istəyən sahibkarlar KOBİA-nın dəstək mexanizmlərindən faydalana bilərlər.

Görüşdə torpaqların təyinatının dəyişdirilməsi, tikintiyə icazələrin verilməsi, dövlətin güzəştli kreditləri, heyvandarlıq təsərrüfatının yaradılmasına dəstək, ictimai iaşə obyektinin sənədləşdirilməsi və s. məsələlər müzakirə edilib, sahibkarların ehtiyacları və təklifləri dinlənilib, sualları cavablandırılıb. 

Hacıqabul rayonuna səfər çərçivəsində KOBİA nümayəndələri şirniyyat istehsalı sexində də olublar. Kiçik sahibkarlıq subyekti olan istehsal müəssisəsi ilə tanışlıq zamanı qadın sahibkarın gələcək planlarının reallaşdırılması üçün dövlət dəstəyi alətləri barədə fikir mübadiləsi aparılıb.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Tikinti sektoru ilə bağlı dövlət qurumlarının....

Tikinti sektoru ilə bağlı dövlət qurumlarının və sahibkarların iştirakı ilə ictimai…
►►►
İqtisadiyyat / Biznes

Bir Bonus Toyota Corolla və yüzlərlə bonus qazandırır

Bir Bonus Toyota Corolla və yüzlərlə bonus qazandırır Bir ekosistemin vahid loyallıq…
►►►
İqtisadiyyat / Biznes

Belqradda Serbiya–Azərbaycan biznes forumu keçiriləcək

Belqradda Serbiya–Azərbaycan biznes forumu keçiriləcək Azərbaycan ilə Serbiya arasında…
►►►