Azərbaycan “Anuga 2025” sərgisində iştirak edir

Azərbaycan məhsulları “Made in Azerbaijan” vahid ölkə stendlərində nümayiş olunur.

Almaniyanın Köln şəhərində “Anuga 2025” beynəlxalq qida və içki sənayesi sərgisi keçirilir. Beş gün davam edəcək sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə 16 Azərbaycan şirkəti məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendlərində təqdim edir.

İki müxtəlif pavilyonda quraşdırılmış “Made in Azerbaijan” stendlərində Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları, qənnadı məmulatları, meyvə şirələri, müxtəlif növ yerli şərablar, kürü, konservləşdirilmiş məhsullar, qurudulmuş meyvələr və digər məhsullar yer alır, Azərbaycan məhsulları və şirkətlər haqqında videoçarxlar nümayiş olunur. Oktyabrın 8-dək davam edəcək sərgi çərçivəsində yerli və xarici sahibkarlar arasında görüşlər keçirilir, potensial ixrac əməliyyatları ilə bağlı fikir mübadiləsi aparılır.

Həmçinin xidmət ixracının dəstəklənməsi məqsədilə Xəzəryanı regionda qida sənayesi iştirakçılarının ən əsas görüş yerlərindən birinə çevrilən yerli “InterFood Azerbaijan” sərgisi haqqında məlumat verilir və xarici şirkətlərin sözügedən sərgidə təmsil olunması təşviq edilir.


Qeyd edək ki, builki “Anuga” sərgisinə 110 ölkədən 7 500-dən artıq iştirakçı və 140 mindən artıq ziyarətçi iştirak edir. Azərbaycan sərgidə 4-cü dəfədir təmsil olunur. Bundan başqa, “Anuga 2025″də Türkiyə, ABŞ, Meksika, Braziliya, Avstraliya, Cənubi Koreya, İspaniya, Belçika və Hindistan kimi ölkələr də vahid ölkə stendi ilə çıxış edirlər.

Əlaqədar məqalələr
Qida sənayesi / Kənd təsərrüfatı

Leyla Əliyevanın təşəbbüsü ilə Kəlbəcərdə Bal Festivalı keçirilib

Leyla Əliyevanın təşəbbüsü ilə Kəlbəcərdə Bal Festivalı keçirilib Sentyabrın…
►►►
Qida sənayesi / Kənd təsərrüfatı

Bakıda 2-ci AZHAB Forumu keçiriləcək

Bakıda 2-ci AZHAB Forumu keçiriləcək AZHAB Forumu çərçivəsində müxtəlif mövzularda…
►►►
Qida sənayesi / Kənd təsərrüfatı

Aqrar Sığorta Fondu iqlim risklərinin kənd....

Aqrar Sığorta Fondu iqlim risklərinin kənd təsərrüfatına təsirinin müzakirə olunduğu…
►►►