CƏNUBİ QAFQAZIN ƏN BÖYÜK TİKİNTİ MATERİALLARI BAZARI
Qaradağ rayonu Lökbatan qəsəbəsində geniş və müasir infrastruktura malik yeni Abşeron Tikinti Materialları Mərkəzinin inşası davam edir. Mərkəzin qeyd olunmuş ərazidə yaradılması şəhər mərkəzində sıxlığın aradan qaldırılması, iri tonnajlı maşınların hərəkətinin qarşısını almaqla yol infrastrukturu və ekoloji mühitin yaxşılaşdırılması, kənd təsərrüfatı üçün yararsız torpaq sahələrinin səmərəli istifadəsi və regionların inkişafı proqramı çərçivəsində yeni iş yerlərinin yaradılması ilə əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaradır. Daha ətraflı bu barədə müsahibədə şirkətin direktoru Anar Bədəlov danışıb.

- Azərbaycan tikinti bazarını necə görürsünüz? Son 10 ildə hansı dəyişikliklər baş verib?
Hər bir ölkənin iqtisadi durumunu və imkanını göstərən sahələrdən biri tikinti sektorudur. Əgər bu sektorda canlanma varsa, deməli, həmin ölkə iqtisadi cəhətdən inkişaf edir. Müstəqilliyimizin ilk illərində tikinti sektorunda vəziyyət yaxşı deyildi. Bunun başlıca səbəbi iqtisadi böhran üzündən vəsait çatışmazlığı, bir də tikinti sektorunda sahibkarlığın formalaşmaması idi. Üstəlik, xarici sahibkarlar da həmin illər bu sahəyə vəsait yönəltməyə tələsmirdilər. Cari əsrin ilk illərində Azərbaycanın enerji sektoru üzərindən dünya kapitalist sisteminə inteqrasiya olması tikinti sektorunun da canlanmasına şərait yaratdı. Tikinti sektorunda əsl canlanma isə Azərbaycana 2010-2015-ci illərdə büdcəyə yüksək məbləğdə neft gəlirləri daxil olduqdan sonra başladı. İlk növbədə vacib infrastruktur layihələrinin və quruculuq-abadlıq işlərinin həyata keçirilməsinə start verildi. Ardınca sosial xarakterli tikinti layihələrinin icrasına başlanıldı. Bu gün Azərbaycanın inşaat sektorunda dövlət müəssisələri ilə yanaşı, özəl sektora məxsus tikinti şirkətləri də yaxından iştirak edir. Bu gün artıq Azərbaycanda hər kəs tərəfindən tanınan yerli və xarici böyük inşaat markaları
fəaliyyət göstərir. 2015-2016-cı illərdə ard-arda milli valyutanın devalivasiyaya uğraması nəticəsində bir çox sahə kimi tikinti sektoruda zərər gördü. Artan qiymətlər, idxalın və alıcılıq qabiliyyətinin azalmasına gətirib çıxardı. Buna rəğmən sonrakı illərdə bu sektorda yeniliklər, özəl və dövlət dəstəkli layihələr ardıcıl olaraq davam etdirildi. 2020-ci ilin əvvəlindən başlayaraq COVİD pandemiyası, neftin qiymətinin kəskin enməsi və digər problemlər bu sahənin demək olar ki, dayanmasına gətirib çıxartdı. Hal-hazırda isə durğunluq davam edir. Buna səbəb kimi dünyada baş verən qlobal dəyişikliklər, artan inflyasiya, ölkələrarası qarşıdurmalar, vətəndaş müharibələri, Yer kürəsində var olan yoxsulluğun daha da dərinləşməsi insanların bu sektora vəsait ayırmasına və ya yatırım etməsinə maneələr yaradır. Abşeron Tikinti Materialları Mərkəzi olaraq bizdə bunun yaxından şahidi oluruq. Hər şeyə baxmayaraq, ümidliyik və işlərimizi layiqincə davam etdirməyə, hədəflərimizə doğru irəliləməyə çalışırıq. Azərbaycan xalqı hər zaman zövqlü məhsullara rəğbət göstərib. Bu, daha çox insanların evlərini, mənzillərini təmir etmək üçün seçdiyi inşaat məhsullarında özünü göstərir. Abşeron Tikinti Materialları Mərkəzi də məhz müştərilərə sərfəli, keyfiyyətli, bir çox çeşiddə tikinti materiallarını bir yerdən seçim etmək üçün yaradılmış mərkəzdir. Tikinti sektoru çoxşaxəli alt sahələrdən ibarət fəaliyyət növüdür. Gələcəkdə tikinti sektorunun canlanması mebel sənayesi, inşaat materiallarının satışı, və eyni zamanda əmək bazarı kimi bir çox sahələrin də dirçəlməsi deməkdir.
- Mərkəziniz haqqında bizə məlumat verməyinizi xahiş edirik. Abşeron Tikinti Materialları Mərkəzi nə ilə fərqlənir?
Abşeron Tikinti Materialları Mərkəzi Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 255 ha əraziyə malik ölkənin və Cənubi Qafqazın ən böyük müasir tikinti materialları bazarıdır. Dövlət dəstəkli layihənin yaranmasında məqsəd Azərbaycanda fəaliyyət göstərən inşaat şirkətlərini bir yerdə toplamaq, şəhərdəki sıxlığın aradan qaldırılması və böyük müştəri kütləsini bir mərkəzdə cəmləşdirməkdir. Bilirsiniz ki, artıq uzun illərdi ki, tıxac problemi Bakıda əsas problemlərdən birinə çevrilib. Maraqlı fakt ondan ibarətdir ki, tıxac yalnız şəhərin mərkəzində və pik saatlarda deyil, hətta şəhərin istənilən yerində, istənilən saatda yaranır. Bunun ən bariz nümunəsi olaraq Bakının Ziya Bünyadov prospekti və Baksol yolu deyilən ərazisidir. Bu yerlərdə böyük tikinti bazarı və digər iaşə obyektləri yerləşir. Bu ərazilərdə hərəkət edən iri tonnajlı yük avtomobilləri həm piyada, həm də, avtomobillə hərəkət edən insanlar üçün problemlər yaradır. Bundan əlavə, getdikcə inkişaf edən şəhərimizin görüntüsünə də zərər vurur. Dünyanın inkişaf etmiş ölkələrində bu tipli bazarlar şəhər mərkəzindən uzaqda yerləşir. Yaradılan bu mərkəz də dünya praktikasına əsaslanaraq Bakının tıxac probleminə son qoymaq və müştərilərin daha rahat alış-veriş etməsinə şərait yaratmaqdır. Bazarın inşası 3 hissədən ibarətdir. Bazarın I hissəsinin və ümumilikdə 55 ha hissəsinin inşası artıq tamamlanıb. Bu ilin noyabr ayının ortalarında rəsmi açılışla istifadəyə veriləcək. II, III hissədəki görülən işlər də yaxın illərdə tamamlanaraq istifadəyə veriləcək.
Abşeron Tikinti Materialları Mərkəzində yerləşən mağazalar “Elit”, “Prestij”, “Qarışıq” cərgəsindən və “Açıq” ərazidən ibarətdir. Bizdə 42 m²-dən başlayan icarə sahələri var. “Elit” cərgə 21 korpus daxil olmaqla 420 mağazadan ibarətdir. Ümumi icarə sahəsi 6000 m2-dir. “Prestij” cərgəsində isə 124 mağaza var. Bunların ümumi sahəsi 7633 m2-dir.
“Qarışıq” cərgədə mağazaların sayı 233-dür. Mağazaların ümumi sahəsi 9786 m² təşkil edir. “Açıq” əraziyə gəldikdə isə ümumi sahəsi 21000 m²-dir. Bu ərazilərdə böyük həcmli malların satışı nəzərdə tutulur; taxta, armatur, qara metal, alçıpan, kafel-metlax, sement, fanera, profnastillar, mərmər və s. mallar.
Bazarın üstünlüklərinə gəldikdə isə bu mərkəzdə yerləşən iri şirkətlərin və sahibkarların idxlaçı və istehsalçılardan ibarət olmasıdır. Burada ölkənin iri taxta, alçıpan, metal, mərmər idxalçıları və istehsalçıları fəaliyyət göstərir. Başlanğıcda qeyd etdiyim kimi mərkəzin Qaradağ bölgəsində yerləşməsi logistik baxımdan rahatlıq yaradır. Ətraf rayonlara giriş-çıxış, İpək Yolu terminalı, Abşeron Dəmiryolu Stansiyasına yaxın olması müştərilərimizin mallarını rahat, təhlükəsiz və sürətli daşımasına şərait yaradacaq. Logistika demişkən, hal-hazırda ölkəmizin tikinti bazarlarında bununla bağlı bir servis yoxdur. Tikinti materiallarını seçərkən təchizatçınızın logistika xidməti ilə maraqlanın. Yükün çatdırılması, boşaldılması, daşınma təhükəsizliyinin qorunması mütləq amillərdir. Abşeron Tikinti Materialları Mərkəzi tikinti məhsullarının mərkəzdən birbaşa istənilən ünvana çatdırılmasını təmin edən geniş şəbəkəli, böyük işçi qüvvəsinə malik ödənişli olmaq şərtilə mərkəzin ayrıca logistika xidmətini istifadəyə verəcək. Bu da, əsas olaraq mərkəzə yaxın olan qəsəbələrdə əmək bazarının böyüməsinə gətirib çıxaracaq. Mərkəz gələcəkdə Kobia, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə də işbirliyini genişləndirmək niyyətindədir.

- Müştərilərinizə hansı üstünlükləri, endirimləri təqdim edirsiniz?
İlk öncə nəzərinizə çatdırım ki, Mərkəzimizin peşəkar komandasının iş strategiyası 2 mərhələdən ibarətdir. 1-ci mərhələ biznes fəaliyyətində B2B adlanan bazarın cəlb etdiyi öz müştəriləri (sahibkarlar, şirkətlər), 2-ci mərhələ olaraq isə B2C adlanan mərkəzin burada yerləşdirdiyi şirkətlərdən alış-veriş etməyə gələn sahibkarların müştəriləri, yəni istehlakçılar. Abşeron Tikinti Materialları Mərkəzi cəlbetdiyi öz müştəriləri üçün heç bir yerdə olmayan 2 mərtəbədən ibarət tam təmirli, istilik sistemli, sanitar qovşaq, 7/24 mühafizə xidməti və optik internetlə təchiz olunmuş yerlər təqdim edir. Mağazaların sahəsi 42 m²-dən başlayaraq 400 m²-dək dəyişir. Bundan başqa müxtəlif cür malları saxlama qabiliyyətinə malik böyük həcmli anbarlar müştərilərin xidmətinə verilir. Digər bir məqam isə bazarda yerləşəcək şirkətlər ilk 6 ay icarə haqqından azad olunur. Müştərilərə təklif olunan icarə qiymətləri isə bugünkü bazar qiymətlərinə görə daha ucuzdur. Alış-veriş edəcək müştərilərimizə gəldikdə isə onlar üçün gələcəkdə kampaniyalar, endirimlər, “cashback”lər planlaşdırılır. Burada yerləşən inşaat brendləri tikinti materiallarının birinci əldən satışını həyata keçirir və istənilən çeşiddə inşaat mallarını keyfiyyətli və sərfəli qiymətdə müştərilərə təqdim edir. Həmçinin Abşeron Tikinti Materialları Mərkəzi mütəmadi olaraq müştərilər üçün endirim və kampaniyalar keçirəcəkdir. Və Azərbaycanda ilk dəfə olaraq Abşeron Tikinti Materialları Mərkəzi tikinti sahəsində olan yenilikləri təqdim etmək məqsədilə “İnşaat festivalı” adlı ənənəvi bir-birindən rəngarəng konsert-proqram təkşil ediləcəkdir..

- Abşeron Tikinti Materialları Mərkəzinin gələcək planları nədir?
Mərkəzimizin gələcək planı ölkədə və regionda inşaat sahəsində insanların ehtiyaclarını qarşılayacaq sənayeləşmiş zona yaratmaqdır. Sənayeləşmiş zona dedikdə, məqsəd burada tikinti materiallarının satışı ilə yanaşı inşaat sektorunda lazımi olan istehsalat bölmələrinində yaradılması nəzərdə tutulur. Bununla yanaşı, müştərilərin rahat alış-veriş etməsi üçün xidmət sektoru da fəaliyyət göstərəcək. Layihənin planında Mərkəzdə bank, gömrük xidməti kimi inzibati idarələrin və bura gələn qonaqların rahatlığını təmin etmək üçün otel, avtodayanacaq tipli obyektlərin inşası planlaşdırılıb.





Abşeron Tikinti Materialları Mərkəzi Mağazaların satışı və icarəsi
Lökbatan qəsəbəsi,
Xocahəsən yolu 57
+994 50 241 67 67
+994 12 525 90 90
*6767
Leyla AXUNDOVA