Bina tikintisi ilə məşğul olan şəxslərlə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) ölkədə bina tikintisi fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin nümayəndələri ilə görüş keçirib. Görüş tikinti sektorunda vergitutmanın xüsusiyyətləri və sahə üzrə şəffaflığın artırılması məsələlərinə həsr olunub.

Görüşdə çıxış edən Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov bina tikintisi ilə məşğul olan vergi ödəyicilərinin vergiyə cəlb olunması xüsusiyyətləri barədə məlumat verib. Nicat İmanov torpaqların alınmasına çəkilən xərclərin gəlirdən çıxılması, mənfəət vergisi rejiminin mühasibat uçotu standartlarına uyğunlaşdırılması kimi məsələləri qeyd edərək mövcud qanunvericiliyin daha çox stimullaşdırıcı xarakter daşıdığını vurğulayıb.

Eyni zamanda, görüş iştirakçılarına bu səhədə qanunvericiliyə edilmiş dəyişikliklər barədə təqdimat nümayiş etdirilib.

Tədbir interaktiv formatda davam edib, tikinti şirkətlərinin rəhbərləri və maliyyə mütəxəssisləri tərəfindən qaldırılan aktual suallar cavablandırılıb, gələcəkdə belə görüşlərin davam etdirilməsinin zəruriliyi diqqətə çatdırılıb.

Əlaqədar məqalələr
Tikinti

Tikinti kərpiclərinin istehsalı 10 faizdən çox artıb

Tikinti kərpiclərinin istehsalı 10 faizdən çox artıb Bu ilin yanvar-sentyabr aylarında…
►►►
Tikinti

Prezident İlham Əliyev cənablarının 22 illik liderliyi – Azərbaycan tikinti sektorunun yüksəlişi

Müzəffər Ali baş komandan, möhtərəm Prezident İlham Əliyev cənablarının 22 illik…
►►►
Tikinti

Azərbaycan “KazBuild 2025” sərgisində iştirak edir

Azərbaycan “KazBuild 2025” sərgisində iştirak edir Azərbaycan məhsulları “Made in…
►►►