Azad Şabanov əfsanəvi hitə yeni nəfəs verdi

Müğənni Azad Şabanov yaradıcılığında yeni bir səhifə açıb.

Rockvell xəbər verir ki, sənətçi əfsanəvi “Sevgilim, süz” (Badə nəbadə) hitinə yeni nəfəs verib. Sözügedən əsər Xalq artisti Aygün Kazımovanın “Best of Aygun – All start” albomunda öz yerini alıb. Azad Şabanov mahnını tam fərqli tərzdə və aranjımanda ifa edib. Rok janrında səslənən mahnı musiqisevərlərin rəğbətini qazanıb.

Yeni aranjımanı Emin Əliyev ərsəyə gətirib. Vokal prodüserliyi İsmayıl Əsədova aiddir. Gitarada Şamil Məmmədov, bas gitarada isə Genadiy Yuqai ifa edib.

Onu da vurğulayaq ki, Azad Şabanov “Sevgilim, süz” mahnısını ilk dəfə Heydər Əliyev Sarayında baş tutan solo konsertində səsləndirib. Bu, müğənninin pop divanın repertuarına sayca ikinci müraciətidir.

Əlaqədar məqalələr
City Life

Kapellhaus-da şam işığında Vivaldi gecəsi

Kapellhaus-da şam işığında Vivaldi gecəsi 25 mart tarixində Bakının tarixi…
►►►
City Life

Bakıda Novruz bayramı qazax ənənələrinə uyğun şəkildə təqdim olundu

Bakıda Novruz bayramı qazax ənənələrinə uyğun şəkildə təqdim olundu 20 mart…
►►►
City Life

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib Unibank KB…
►►►