2-ci AZHAB Forumunun 2-ci gününə dair məlumat

Bakıda keçirilən 2-ci Azərbaycan Halal Biznes Forumunun 2-ci günündə KOB-ların yaşıl keçidinə, halal turizmə və halal sənayenin inkişafında qadınların roluna dair panel müzakirələr təşkil olunub.

KOB-ların yaşıl keçidinə dair paneldə iştirakçılar kiçik və orta sahibkarlıqların iqtisadiyyatda rolunu, ekoloji məsuliyyətli istehsal və resurslardan səmərəli istifadə kimi məsələləri müzakirə ediblər.

Halal turizmlə bağlı paneldə halal standartlara cavab verən turizm xidmətlərinin inkişafı, beynəlxalq bazarlara çıxış imkanları, Azərbaycanın və regionun bu sahədə potensialı barədə fikirlər səsləndirilib.

Halal sənayenin inkişafında qadınların rolu panelində qadın sahibkarların halal iqtisadiyyatda iştirakı, innovativ təşəbbüsləri diqqət mərkəzində olub, qadın sahibkarlar uğur hekayələrini bölüşüblər.

AZHAB Forum çərçivəsində təşkil olunmuş sərgi də bu gün öz işini davam etdirib.

Ümumilikdə 7-8 oktyabr tarixilərində keçirilmiş AZHAB Forumu 2 gün müddətində 30-dan çox ölkədən rəsmi şəxsləri, beynəlxalq təşkilatları, akademik dairələrin nümayəndələrini, iş adamları və mütəxəssisləri bir araya gətirib. Forum çərçivəsində ticarət və investisiya sahəsində əməkdaşlıq, beynəlxalq bazarlara çıxış imkanları, halal sənayenin potensialı və yeni trendlər, müvafiq sahədə innovasiya və texnologiyaların rolu, halal məhsul və xidmətlərin sertifikatlaşdırılmasına dair fikir mübadiləsi və müzakirələr aparılıb. Tədbir çərçivəsində 2 gün ərzində 6 panel müzakirə, 30-a yaxın Azərbaycan, Türkiyə, Pakistan, Özbəkistan və Qırğızıstan şirkətlərinin təmsil olunduğu sərgi, B2B görüşlər təşkil olunub.

İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində KOB-lara dəstək göstərən qurumların əməkdaşlığının gücləndirilməsi məqsədilə “İslam Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi” təsis olunub və şəbəkənin ilk iclası keçirilib. “İƏT KOB-lar şəbəkəsi”nin təsis yığıncağının sonunda Bakı Bəyannaməsi qəbul edilib və şəbəkəyə üzv təşkilatların yekdil qərarı ilə “İslam Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi”nə sədrlik 3 il müddətinə KOBİA-ya keçib.

Qeyd edək ki, AZHAB Forumu İqtisadiyyat Nazirliyinin dəstəyi, KOBİA-nın təşkilatçılığı, eləcə də bir sıra təşkilatların tərəfdaşlığı ilə baş tutub. 2024-cü ildən keçirilən AZHAB Forumu ötən il İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurası tərəfindən müvafiq qətnamə ilə dəstəklənib.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

“Azərikard”dan açıqlama

“Azərikard”dan açıqlama “Azərbaycan Respublikasının Mərkəzi Bankı “Azərikard”…
►►►
İqtisadiyyat / Biznes

Azərbaycan Halal Biznes Forumu başa çatdı

Azərbaycan Halal Biznes Forumu başa çatdı AZHAB Forumu çərçivəsində müxtəlif…
►►►
İqtisadiyyat / Biznes

AccessBank Azərbaycanda yaşıl iqtisadiyyatın inkişafına dəstək məqsədilə...

AccessBank Azərbaycanda yaşıl iqtisadiyyatın inkişafına dəstək məqsədilə $7,5 milyon…
►►►