Xocalıda qadın fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə maarifləndirici təlimlər keçirilib

Xocalının Ballıca kəndində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən  qadın fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə maarifləndirici təlimlər təşkil olunub.

Birinci təlim “Südlük inəklərin bəslənməsi” mövzusunda keçirilib. Təlimçi Kənan Əliyev, iştirakçılara inəklərin düzgün bəslənməsi, süd veriminin artırılması və təsərrüfatda məhsuldarlığın yüksəldilməsi ilə bağlı faydalı bilgilər təqdim edib.

İkinci təlim isə “Quşçuluq təsərrüfatının yaradılması və inkişafı” mövzusuna həsr olunub. Təlimi Aqrar Xidmətlər Agentliyi, Beyləqan Regional Təlim Mərkəzinin aparıcı mütəxəssisi Elvin Azəroğlu  aparıb. O, quşçuluq təsərrüfatlarının qurulması, idarə edilməsi və rentabelliyin artırılması barədə iştirakçıları məlumatlandırıb.

Hər iki təlimdə ümumilikdə 90 nəfər qadın fermeriştirak edib. Qeyd edək ki, təlimlər qadınların aqrar sahədə biliklərinin artırılmasına və kənd təsərrüfatı fəaliyyətində daha aktiv rol almalarına dəstək məqsədi daşıyıb.

Əlaqədar məqalələr
Qida sənayesi / Kənd təsərrüfatı

Xankəndi şəhərində Aqrar Biznes Festivalı....

Xankəndi şəhərində Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası…
►►►
Qida sənayesi / Kənd təsərrüfatı

Azərbaycan "Anuga 2025" sərgisində iştirak edir

Azərbaycan “Anuga 2025” sərgisində iştirak edir Azərbaycan məhsulları…
►►►
Qida sənayesi / Kənd təsərrüfatı

Leyla Əliyevanın təşəbbüsü ilə Kəlbəcərdə Bal Festivalı keçirilib

Leyla Əliyevanın təşəbbüsü ilə Kəlbəcərdə Bal Festivalı keçirilib Sentyabrın…
►►►