Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında 200 milyon manata yaxın investisiya yatırılıb

İqtisadi Zonaların İnkişafı Agentliyi 5-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” sərgisində öz stendi ilə iştirak edir.

Agentliyin məlumatına görə, stenddə sərgi iştirakçılarına Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında yaradılan investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri, görülən işlər, qarşıda duran hədəflər, sahibkarlar tərəfindən həyata keçirilən layihələr barədə məlumatlar verilir.

Bildirilib ki, hazırda Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında 50 sahibkarlıq subyekti rezident, 7 sahibkar isə qeyri-rezident kimi qeydiyyata alınıb, 14 müəssisə fəaliyyət göstərir.

Sahibkarlar tərəfindən görülən işlərə 200 milyon manata yaxın investisiya yatırılıb, 1000-dən artıq daimi iş yeri yaradılıb.

Sərgidə, həmçinin, Sumqayıt, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının bir çox rezidentləri öz stendləri ilə təmsil olunurlar.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►