Yelo Bank-da qadın əməkdaşların sağlamlığına həsr olunmuş tədbir keçirildi

Yelo Bank qadın əməkdaşlarının sağlamlığını və maariflənməsini daim diqqət mərkəzində saxlayır. Oktyabr – Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə ayı çərçivəsində Bankda xüsusi maarifləndirmə tədbiri təşkil olundu.

Tədbirdə Referans Hayat Hospitalın peşəkar onkoloq – mamaloqu qadın sağlamlığı, erkən diaqnostikanın əhəmiyyəti və profilaktik müayinələrin vacibliyi barədə ətraflı məlumat verdi. Seminar zamanı əməkdaşlar suallarını ünvanlamaq, faydalı məsləhətlər almaq və mövzu ilə bağlı praktiki biliklərini artırmaq imkanı qazandılar.

Hər bir qadının sağlamlığına qayğı göstərmək həm iş mühitində, həm də cəmiyyətdə daha güclü və dayanıqlı gələcək deməkdir. Yelo Bank bundan sonra da əməkdaşlarının sağlamlığına və rifahına yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edəcək.

Bank xidmətləri, eləcə də kredit kartı haqqında ətraflı məlumat almaq istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Qırmızı Ürəklər Fondu və Cüdo Federasiyası əməkdaşlığa başladı

Regionlarda idmanın inkişafı üçün sosial tərəfdaşlıq: Qırmızı Ürəklər Fondu və…
►►►
İqtisadiyyat / Biznes

ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı”müsabiqəsi başlanır

ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı”müsabiqəsi başlanır EY Azərbaycan şirkəti…
►►►
İqtisadiyyat / Biznes

“AzerGold” QSC 5-ci “Rebuild Karabakh” sərgisində iştirak edib

“AzerGold” QSC 5-ci “Rebuild Karabakh” sərgisində iştirak edib “AzerGold” QSC…
►►►