Sahibkarlar Daşkənddə keçiriləcək nəqliyyat forumuna dəvət olunurlar

Noyabrın 12-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində Beynəlxalq Multimodal Nəqliyyat Forumu keçiriləcək.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) məlumatına görə, forumun məqsədi multimodal nəqliyyat marşrutlarının inkişafını təşviq etmək, sərhədlərarası logistika və gömrük tənzimləməsi barədə təcrübə mübadiləsi aparmaq, rəqəmsallaşma, investisiya və yaşıl logistika mövzularında yeni təşəbbüsləri müzakirə etməkdir.

Forum çərçivəsində sərhədlərarası logistika və gömrük tənzimləməsi, rəqəmsallaşma və platforma texnologiyaları, investisiya və infrastruktur layihələri, ekoloji dayanıqlı yanaşmalar və yaşıl logistika istiqamətləri üzrə tematik panel müzakirələri keçiriləcək.

Forumda iştirak etmək istəyən Azərbaycan sahibkarları aşağıdakı telefon nömrəsi və ya elektron poçt vasitəsi ilə əlaqə saxlaya bilərlər:

Əlaqələndirici şəxs: Aytac Talıblı
Tel: +994 12 465 76 92 / 107
E-mail: atalibli@ask.org.az

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►