“Azərbaycan Kapital Bazarında bir ilk: Dəyişən Faizli İstiqrazlar” mövzusunda UNEC tələbələri üçün növbəti təlim keçirilib

22 oktyabr 2025-ci il tarixində “Auditoriyada məzun var” layihəsi çərçivəsində Bakı Fond Birjasının Ticarət və Dəstək üzrə böyük inzibatçısı Rübabə Mustafayeva tələbələr üçün “Azərbaycan Kapital Bazarında bir ilk: Dəyişən Faizli İstiqrazlar” mövzusunda təlim keçirib. Təlim zamanı Bakı Fond Birjasında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəyişən faiz dərəcəli manat istiqrazları və bu istiqrazların ticarətində təmiz qiymət prinsipinin tətbiqi barədə məlumat verilib. Sonda BFB-nin təlimçisi tələbələrlə birgə dəyişən faizli istiqrazlarını təmiz qiymət prinsipinə əsaslanaraq AYİB misalı üzərində hesablayıblar.

UNEC-in əsas tədris binasında Bakı Fond Birjasının dəstəyi ilə yaradılmış “Maliyyə laboratoriyası” 2015-ci ildən fəaliyyət göstərir. Əməkdaşlıq çərçivəsində “Maliyyə laboratoriyası”nda layihə, təlim və seminarların təşkil edilməsi, BFB mütəxəssislərin təcrübəsinin paylaşılması, BFB-də mövcud olan aktiv vakansiyalar və təcrübə proqramları haqda məlumatlandırılması məqsədilə “UNEC”də “Karyera günləri”nin keçirilməsində iştirakı nəzərdə tutulub.

Bakı Fond Birjası və UNEC tələbələrin peşəkar inkişafına dəstək olmaq məqsədilə bu cür əməkdaşlıq tədbirlərini davam etdirməyi planlaşdırır.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

ABB-dən “İndi al, sonra ödə!” xidməti

ABB-dən “İndi al, sonra ödə!” xidməti ABB yeni “İndi al, sonra ödə!” xidmətini…
►►►
İqtisadiyyat / Biznes

Rəqəmsal bankçılıqda yeni dövr

Rəqəmsal bankçılıqda yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da…
►►►
İqtisadiyyat / Biznes

Unibankın aktivləri 2 milyard manatı keçib

Unibankın aktivləri 2 milyard manatı keçib Unibank Kommersiya Bankı 2025-ci ilin maliyyə…
►►►