AZPROMO Qazaxıstanda görüşlər keçirib

Görüşlərdə əməkdaşlıq imkanları araşdırılıb, birgə fəaliyyətə dair ilkin təkliflər irəli sürülüb.

Qazaxıstan–Azərbaycan biznes forumu çərçivəsində AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Qazaxıstan Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Murat Karimsakov və “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi”nin baş direktoru Aytmuxammed  Aldajarov ilə görüşlər keçirib.

  • Qazaxıstan Xarici Ticarət Palatası ilə görüş

Görüşdə Qazaxıstan–Azərbaycan biznes forumu çərçivəsində keçirilən Qazaxıstan–Azərbaycan İşgüzar Şurasının III iclasının əhəmiyyətini vurğulanıb, hər iki ölkənin biznes dairələrinin sıx əməkdaşlıqda maraqlı olduqları bildirilib.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev ölkəmizin rəqəmsal inkişaf konsepsiyası, sənayenin rəqəmsallaşdırılması prosesi haqqında məlumat verib, biznesin dövrümüzün yeni tələbləri ilə uyğunlaşmasının vacibliyini vurğulayıb.

Qazaxıstan Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Murat Karimsakov ölkəsinin makroiqtisadi göstəricilərindən, o cümlədən iqtisadiyyatın aparıcı sahələri barədə danışıb. Bildirilib ki, keçirilən forumlar, eləcə də İşgüzar Şura ikitərəfli biznes əlaqələrinin tənzimlənməsi üçün səmərəli mexanizm rolu oynayır. Sözügedən platformaların effektivliyinin daha da artırılması məqsədilə AZPROMO və Palata tərəfindən birgə səylərin göstəriləcəyi qeyd edilib.

  • “QazTrade” ilə görüş

Görüşdə tərəflər təmsil etdikləri qurumların fəaliyyət istiqamətləri, tətbiq olunan ixracın təşviqi mexanizmləri, sahibkarlara göstərilən xidmətlər və potensial əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar. Bununla yanaşı, logistik xərclərin qarşılanması mexanizminin tətbiqi müzakirə olunub. “QazTrade” tərəfindən ölkələrimizin birgə istehsal edə biləcəyi potensial ortaq məhsulların Orta Dəhliz vasitəsilə Qazaxıstan üzərindən üçüncü ölkələrə, o cümlədən Çinə tranzit ixracının perspektivləri yüksək qiymətləndirilib. Bu xüsusda “QazTrade”in dəstək göstərə biləcəyi bildirilib və müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunub.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Müştərilərimizin təhlükəsizliyi əsas prioritetimizdir

Unibank: müştərilərimizin təhlükəsizliyi əsas prioritetimizdir Unibank KB…
►►►
İqtisadiyyat / Biznes

Sahibkarlar Daşkənddə keçiriləcək nəqliyyat forumuna dəvət olunurlar

Sahibkarlar Daşkənddə keçiriləcək nəqliyyat forumuna dəvət olunurlar Noyabrın 12-də…
►►►
İqtisadiyyat / Biznes

Mis məmulatlarının ixrac göstəriciləri açıqlanıb

Mis məmulatlarının ixrac göstəriciləri açıqlanıb Azərbaycan mənşəli qeyri-neft…
►►►