“CineMastercard”da türk romantik komediyası “Gelin Takımı 2”

Bakı, 27 oktyabr: “CineMastercard” kinoteatrlar şəbəkəsində populyar türk komediyasının çox gözlənilən davamı “Gelin Takımı 2” nümayiş olunur. Film dörd dostun hekayəsini danışır, hansı ki, gözlənilməz hadisələr, əyləncəli vəziyyətlər və dostluqla sevgi sınaqları ilə üzləşirlər.

Uğurlu romantik komediyaları ilə tanınan rejissor Doğa Can Anafarta, yenidən möhtəşəm aktyor heyətini bir araya gətirib. Seda Bakan, Şebnem Bozoklu, Ecem ErkekNilperi Şahinkaya rollarına qayıdır və tamaşaçılara daha çox gülüş, duyğu və ilham bəxş edirlər. Onlara Ayşenil Şamlıoğlu, Mehmet Günsür, Emrah Altıntorpak Fırat Çelik kimi tanınmış aktyorlar da qoşulub.

Film haqqında qısa məlumat: “Gelin Takımı 2” bir zamanlar ayrılmaz olan dörd dostun hekayəsini davam etdirir. İllər keçdikcə onların həyatı dəyişir və qarşılaşdıqları çətinliklər münasibətlərini sarsıdır, dostlar bir-birindən uzaqlaşmağa başlayır və emosional əlaqənin vacibliyini unudurlar.

Canlı atmosferi, xarizmatik qəhrəmanları və rəngarəng səhnələri ilə film tamaşaçılar üçün həqiqi kino bayramına çevrilir.

“Gelin Takımı 2” əhval-ruhiyyəni yüksəldən, əsl dostluq və sevginin hər çətinliyinə dəf edə bilən türk komediyasını yalnız “CineMastercard” kinoteatrlar şəbəkəsində izləmək mümkündür

.https://www.youtube.com/watch?v=eAdq8zs6Ljw

Əlaqədar məqalələr
İncəsənət / Dəb

Bakıda Baku Jazz Festivalı keçirilir

Bakıda Baku Jazz Festivalı keçirilir Azərbaycanın ən mühüm musiqi tədbirlərindən biri…
►►►
İncəsənət / Dəb

"King's Style"- kralların seçimi

“King’s Style”- kralların seçimi Kişi geyimlərinin ən əsas…
►►►
İncəsənət / Dəb

Azərbaycan Milli İncəsənət Muzeyində (AMİM) görkəmli rəssam...

Oktyabrın 22-də Azərbaycan Milli İncəsənət Muzeyində (AMİM) görkəmli rəssam Mirzə…
►►►