Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

29 və 30 oktyabr 2025-ci il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Notun müddəti(gün)İSİNHərractarixiHərraca çıxarılan məbləğ (manat)NominalMiqdarNotun ödəniş  tarixi
28AZ253902470629.10.20255.000.000100.0005026.11.2025
84AZ253802470730.10.20252.500.000100.0002522.01.2026
168AZ253702470829.10.20252.500.000100.0002515.04.2026
252AZ253602470930.10.20252.500.000100.0002509.07.2026

Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.

Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcmi hərraca çıxarılan nominal həcmlə məhdudlaşır.

Hərracda iştirakçı sayı tələbi mövcud deyil.

Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

AccessBank-dan fərdi bankçılıqda yeni mərhələ

AccessBank-dan fərdi bankçılıqda yeni mərhələ: VIP Club rebrendinq edilərək “Private…
►►►
İqtisadiyyat / Biznes

Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!

Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır! Bu şənbə də bütün peşə…
►►►
İqtisadiyyat / Biznes

Klasterləşmə – sahibkarlar üçün imkanlar və perspektivlər

Klasterləşmə – sahibkarlar üçün imkanlar və perspektivlər Kiçik və Orta Biznesin…
►►►