Şəkidə İƏT-in İpək Yolu üzrə İşçi Qrupunun 1-ci iclası keçirilib

Oktyabrın 29-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəkidə İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin İpək Yolu üzrə İşçi Qrupunun 1-ci iclası işinə başlayıb.

Tədbirdə təşkilata üzv ölkələrdən ekspertlərin, o cümlədən dövlət qurumlarının təmsilçilərinin iştirakı ilə İpək Yolu turizmi üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib, Azərbaycanda və üzv dövlətlərdə İpək Yolu irsi mövzusu üzrə təqdimatlar keçirilib.

Tədbirin gündəliyinə işçi qrupun fəaliyyəti və məqsədləri, tarixi İpək Yolunun turizm potensialından istifadə, İpək Yolu təşəbbüsü üzrə gənclərin və tələbələrin mübadiləsi proqramları, üzv ölkələr arasında müştərək turizm paketlərinin yaradılması, birgə brendinq və təbliğat təşəbbüsləri, eləcə də İƏT-in İpək Yolu üzrə onlayn platforması və illik forumunun təşkili,  üzv ölkələrdə İpək Yolu irsinin qorunması, bu irsin turizmin davamlı inkişafında əhəmiyyəti və digər məsələlərin müzakirəsi daxil edilib.

Görüşdə Azərbaycanda İpək Yolu turizminin inkişaf konsepsiyası, Azərbaycanda İpək Yolu üzrə qastronomik təcrübələr, həmçinin  Azərbaycan və Özbəkistan arasında cari ilin aprel ayında imzalanmış “İpək Yolu turizmi sahəsində Anlaşma Memorandumu”nda nəzərdə tutulan tədbirlər haqqında təqdimatlar keçirilib.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatının İpək Yolu üzrə İşçi Qrupu 2025-ci ilin 24-27 fevral tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatının İran İslam Respublikasının Tehran şəhərində təşkil Turizm Komitəsinin toplantısı çərçivəsində yaradılıb.

Əlaqədar məqalələr
Turizm

Qastronomiya turizmi üzrə beynəlxalq əməkdaşlıq əlaqələri genişləndirilir

Qastronomiya turizmi üzrə beynəlxalq əməkdaşlıq əlaqələri genişləndirilir Dövlət…
►►►
Turizm

İspaniyada Azərbaycanın qastroturizm imkanları tanıdılıb

İspaniyada Azərbaycanın qastroturizm imkanları tanıdılıb 26-28 yanvar tarixlərində…
►►►
Turizm

Azərbaycan Yaradıcılıq üzrə Əl İşi Sənayelərinə həsr olunmuş I Beynəlxalq Forumda təmsil olunub

Azərbaycan Yaradıcılıq üzrə Əl İşi Sənayelərinə həsr olunmuş I Beynəlxalq Forumda…
►►►