Dilarə Kazımova “Chicago” müziklində

Avroviziya təmsilçilərimiz Dilarə Kazımova, Diana Hacıyeva (DiHaj), caz ifaçısı Ülviyyə Rəhimova və aktyor-müğənni Orxan Ağayevin iştirakı ilə  “Chicago” müziklının premyerası keçirilib.  

 Rockvell.com xəbər verir ki, aylardır hazırlıq gedən möhtəşəm tamaşa Azərbaycan Dövlət Akademik Musiqili Teatrında, 20-ci caz festivalı çərçivəsində baş tutub. 

 Müğənni və aktrisa Dilarə Kazımova tamaşada “Velma Kelly” obrazını canlandırıb. Onun səhnədəki çıxışı, vokal və aktrisa ifası tamaşaçılar və sənət adamları tərəfindən yüksək qiymətləndirilib. Dilarənin xarizma və peşəkarlığı səhnədə Broadway enerjisini hiss etdirib.

 Rejissor Əziz Əzizovun quruluş verdiyi əsər alqışlarla qarşılanıb. Tamaşada Orxan Ağayev (Billi Flinn), Diana Hacıyeva (Roksi Hart) və Ülviyyə Rəhimova (“Moma” Morton) kimi tanınmış adlar da çıxış edib.

 Tamaşa, musiqi, kostyumlar və xoreoqrafiya ilə tamaşaçılara əsl Broadway təəssüratı yaşadılıb.

Əlaqədar məqalələr
İncəsənət / Dəb

"King's Style"- kralların seçimi

“King’s Style”- kralların seçimi Kişi geyimlərinin ən əsas…
►►►
İncəsənət / Dəb

Azerbaijan Fashion Week 20-ci yubiley mövsümünü keçirəcək

Azerbaijan Fashion Week və Dome Middle East Fashion Week Bakida 20-ci yubiley mövsümünün…
►►►
İncəsənət / Dəb

Fərqanə Qasımova “ANA” mahnısını təqdim edib

Fərqanə Qasımova “ANA” mahnısını təqdim edib Əməkdar artist Fərqanə Qasımova yeni…
►►►