Röya Ayxanın 25 illik səhnə yubileyi möhtəşəm konsertlə qeyd olunub

Xalq artisti Röya Ayxanın səhnə fəaliyyətinin 25 illiyinə həsr olunmuş solo konsertinin ilk günü Heydər Əliyev Sarayında böyük uğurla baş tutub.

İfaçı konsertdən əvvəl yerli mətbuata açıqlama verib.

O bildirib ki, bu konserti 25 illik səhnə fəaliyyətinə həsr edilib: “25 illik sənətimdə onun 2 ilini “W-Trio” qrupunun üzvü olmuşam, 2 ilini tək başına ifa etmişəm, tam olaraq 5-ci ilimi başa vuranda Heydər Əliyev adına sarayda konsert vermişəm. Sonra bu silsilə halını aldı, illərlə təkrar-təkrar baş verdi. Sadəcə pandemiya dövrünü çıxmaq şərtilə… Lakin onda da mən üç günlük konsert verdim. Biraz nasazladıq, sonra hamı sağaldı və indi hamı mənim görüşümə gəlib”.

“Pop kraliça” konsertdə iki yeni mahnı təqdim edib. Onlardan biri qardaşı İsmayıl Nəcəfovun “Günahkar Kimdir”, digəri isə Murad Arifin “Ayrılan adamlar” mahnıları gecəyə xüsusi rəng qatıb.

Gecə “Gizli sevgi” mahnısı ilə açılıb. Röya səhnəyə xüsusi brendlərdən hazırlanmış, qaşlarla bəzədilmiş qara libasda çıxaraq tamaşaçıların alqışını qazanıb. Gecə ərzində iki fərqli səhnə obrazında çıxış edən sənətçinin saç və makiyajını Elnur Həsənov hazırlayıb.

Konsertə maraq böyük olub – biletlər satışa çıxarıldıqdan cəmi üç gün sonra tam satılıb. Röya Ayxan yubiley konsertlərini sabah da Heydər Əliyev Sarayında davam etdirəcək.

Günel Həsənova

Əlaqədar məqalələr
City Life

Şuşanın mərkəzində günəş enerjisi ilə işləyən "Kitab dayanacağı" istifadəyə verildi

Şuşanın mərkəzində günəş enerjisi ilə işləyən “Kitab dayanacağı&#8221…
►►►
City Life

“CineMastercard” Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edir

“CineMastercard” Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edir Hər il…
►►►
City Life

Festivalları fəth edən film indi yalnız park cınemada!

Festivalları fəth edən film indi yalnız park cınemada! Ötən gün Park Cinema Flame Towers…
►►►