Azərbaycanın turizm imkanları Pakistanda tanıdılıb

Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 27-31 oktyabr tarixlərində Pakistan turizm sənayesinin Azərbaycan haqqında məlumatlılığını artırmaq məqsədilə Pakistanın Lahor, Karaçi və İslamabad şəhərlərində silsilə tədbirlər keçirilib.

Tədbirlərdə “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi, “Absheron Hotel Group” və 2 yerli turizm şirkəti təmsil olunub.

Pakistanın 200-dən çox turizm sənayesi və 21 media nümayəndəsini bir araya gətirən tədbirlər çərçivəsində B2B formatlı görüşlər, həmçinin Azərbaycanın turizm imkanları haqqında təqdimatlar keçirilib, Azərbaycanın sağlamlıq turizmi və biznes tədbirləri üzrə potensialı tanıdılıb.

İslamabadda keçirilən tədbirdə Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid və Pakistan İslam Respublikasının Baş nazirinin Turizm məsələləri üzrə milli koordinatoru Sərdar Yasir İlyas Xan  arasında görüş keçirilərək turizm sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Qeyd edək ki, 2025-ci ilin 9 ayı ərzində Pakistanda ölkəmizə 66 mindən çox ziyarətçi gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15% artım deməkdir.

Əlaqədar məqalələr
Turizm

Azərbaycanın turizm potensialı Almaniyada nümayiş olunur

Azərbaycanın turizm potensialı Almaniyada nümayiş olunur Azərbaycanın turizm potensialı…
►►►
Turizm

Yanvar ayında Azərbaycana 181 mindən çox xarici vətəndaş səfər edib

Yanvar ayında Azərbaycana 181 mindən çox xarici vətəndaş səfər edib 2026-cı ilin yanvar…
►►►
Turizm

Azərbaycanın beynəlxalq qastronomiya xəritəsində mövqeyi gücləndirilir

Azərbaycanın beynəlxalq qastronomiya xəritəsində mövqeyi gücləndirilir Dövlət Turizm…
►►►