Astarada sahibkarlar və fermerlərlə görüş keçirilib

Görüşdə iştirakçılara sahibkarlar üçün nəzərdə tutulan dəstək mexanizmləri barədə məlumat verilib, əməkdaşlığın gücləndirilməsinə dair razılıq əldə edilib.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun və Astara Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan İxracatçılar Klubunun təşkilatçılığı ilə Astara rayonunda sahibkarlar və fermerlərlə görüş keçirilib. Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə balıqçılıq, sitrusçuluq, balçılıq, çayçılıq, logistika və turizm sahəsində fəaliyyət göstərən 40-dək fermer və sahibkar iştirak edib.

Tədbirdə AZPROMO tərəfindən ixrac və investisiyaların təşviqi sahəsində həyata keçirilən işlər, xarici bazarlara çıxış imkanları və mövcud dəstək mexanizmləri barədə məlumat verilib. Görüş zamanı həmçinin kənd təsərrüfatı sektorunda tətbiq olunan dövlət subsidiyaları, bitki mənşəli məhsulların istehsalı və ixracında fitosanitar tələblər və nəzarət mexanizmləri, KOBİA tərəfindən sahibkarlara göstərilən xidmətlər, eləcə də ABİF-in güzəştli kredit və zəmanət mexanizmləri barədə danışılıb. 

Tədbir zamanı regionda kənd təsərrüfatı və turizm sahələrinin inkişafı istiqamətində mövcud imkanlar, bu sahələrə investisiyaların cəlb olunması ilə bağlı təkliflər müzakirə edilib, sahibkarların sualları cavablandırılıb, aidiyyəti qurumlar və bazar iştirakçıları arasında əməkdaşlığın gücləndirilməsinə dair razılıq əldə edilib.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

AccessBank Azərbaycanda KOB-ların inkişafı....

AccessBank Azərbaycanda KOB-ların inkişafı üçün Niderland İnkişafı Bankından $25 mln…
►►►
İqtisadiyyat / Biznes

Azərbaycan nümayəndə heyəti....

Azərbaycan nümayəndə heyəti Pakistanın Maliyyə Bazarları ilə İkitərəfli…
►►►
İqtisadiyyat / Biznes

KOB Model Müəssisə istehsal prosesində sahibkarlara dəstək göstərir

KOB Model Müəssisə istehsal prosesində sahibkarlara dəstək göstərir Bir il ərzində…
►►►